Elektron satışa dəstək şöbəsi - Mütəxəssis

  • AG Bank
  • Elanın qoyulma tarixi: 16.03.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Elektron satışa dəstək şöbəsi

Mütəxəssis

Tələblər:

• Təhsil: Ali təhsil.
• İş təcrübəsi: Bankda və ya prosessinq mərkəzində minimum 2 il.
• Biliklər(dil, kompyuter proqramları və s.): Azərbaycan, İngilis və Rus dili bilikləri; Microsoft Word/Excel/Outlook
• Tələb olunan bilik və bacarıqlar: Kart vasitəsi ilə keçirilmiş etiraz əməliyyatlarına dair işlərin aparılması(chargeback). Kart məhsulları bazarı və ödəniş sistemləri haqda biliklər

Vəzifə öhdəlikləri:

Plastik kartların çap edilməsi.
İstehsal olunmuş kartların növü və sayı üzrə aktların tərtib olunması və filiallara göndərilməsi.
Pin-zərflərin qəbulu və filiallara göndərilməsi.
Qeyri-ödəniş kartların siyahının aparılması.
Bankomatlarda qalmış plastik kartların çıxarılması, onların statusunun yoxlanılması  və statusa uyğun olaraq tədbirlərin görülməsi.
Gün ərzində sifariş olunan kartlar, bağlanan hesablar və avtorizasiya olunan kredit xətlər üzrə məlumatların “AzeriCard” prossesinq mərkəzinə göndərilməsi.
Gündəlik “payment”-lərin və balansın "AzeriCard" prossesinq mərkəzinə göndərilməsi
Balansdankənar məxaric orderlərin yazılması  və kassaya təhvil verilməsi (şöbə müdiri məzuniyyətdə və ezamiyyətdə olanda).
Sifariş olunmuş qeyri-ödəniş kartların siyahısının hazırlanması və çapa göndərilməsi.
Embosserin dəstəklənməsi və onun təmirinin təmin edilməsi.
Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası
Görülən işlərin prosedur və təlimatlara uyğun görülməsi
Şirkətə aid məlumatın məxfiliyinin görünməsı
Password-ların gizli saxlanılması
Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması

İş şəraiti:

• İş yeri  - AGBank-ın mərkəzi ofisi
• Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Mehriban kollektiv və karyera inkişafı imkanları

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) [email protected]  emailinə göndərməyiniz xahiş olunur.  Əlaqəli şəxs – Şəfiqə Məmmədzadə.

Mövzuda – Elektron Satışa Dəstək (Mütəxəssis) adını qeyd etməyiniz xahış olunur