DəmirBank ASC Əməliyyat Departamentində Daxili Əməliyyatlar şöbəsinə Aparıcı mütəxəssis vəzifəsinə işəqəbul elan dəvət edir.
İşin təsviri:
• Bütün təcili pul köçürmələrinə nəzarət edilməsi;
• Hesabatların çıxarılması;
• Filiallara gəlirlərin aid edilməsi və balansa çıxılması;
• Təcili pul köçürmələr üzrə limitlərin qaldırılması;
• Verilən sərəncamlara əsasən məxariclərin tərtib olunması və imzalatdırılması;
• Baş ofisin kassa əməliyyatlarının aparılması;
• Plastik kartların hesabatının hazırlanması;
• Baş ofisin kassa əməliyyatları qalıqlarının yoxlanılması və müvafiq sənədlərin tərtib olunması;
• Proccessing mərkəzlərindən daxil olan hesabatlığın işlənilməsi və virtual postların müştəri hesabına köçürülməsi.
Namizədə qarşı tələblər:
• Maliyyə təhlili bacarığının olması;
• Stres aldında işləmək bacarığına sahib olmaq;
• Ali iqtisadi təhsil;
• Sahə üzrə 1 il iş stajı;
• Microsoft Office (Word, Excel, Access, Power Point) proqramları ilə sərbəst işləmək;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
• Bəy namizədlərə üstünlük verilir;
• Ünsiyyət qurma, vaxtın idarəedilməsi, layihələrin idarəedilməsi kimi bacarıqların olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 fevral 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Daxili Əməliyyatlar şöbəsinə aparıcı mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.