Departament direktoru - Baş mühasib

İşin təsviri

Vəzifənin adı: Departament direktoru - Baş mühasib

Şöbənin adı: Maliyyə departamenti

Kimə hesabat verir: İdarə heyətinə

Tabeçiliyində olan işçilər: Maliyyə departamentinin işçiləri

İşçinin vəzifələri:

•         Departamentin işini təşkil etmək;
•         Departamentin əməkdaşları arasında vəzifə bölgüsü aparmaq;
•         Bank tərəfındən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotu hesabatında düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini təmin etmək;
•         Mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini və bankın iqtisadi təhlilinin həyata keçirilməsini təmin etmək;
•         Kassa əməliyyatlarının dogruluğunun yoxlanması və kassa kitabın yoxlanılması;
•         Kassadakı vəsaitlərin yoxlanılması;
•         Departamentinə aid olduğu müxabirləşmələri verifikasiya edilməsi;
•         Əmək haqqının ödənilmələrinə, dövlət büdcəsinə ödəmələrə, sosial sığorta haqqına və digər ehtiyat fondlara ödəmələri vaxtında tərtib və təmin etmək;
•         İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf edilməsinə nəzarət etmək;
•         İnzibati-təsərrüfat və digər xərclərin, debitor borcların, mühasibat balanslarından silinməsini təmin etmək;
•         Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsini təşkil və bu işə nəzarət etmək;
•         Bankın aylıq, rüblük, illik fəaliyyəti ilə bağlı vergi öhdəliklərinin hesablanmasını və elektron poçt vasitəsi ilə müvafıq vergi orqanına göndərilməsini təşkil etmək;
•         Bankın əsas vəsaitlərin uçotunun aparılmasını, onların balansa daxil edilməsini, köhnəlmənin hesablanması və yararsızların silinməsini təmin etmək;
•         Aylıq, rüblük, illik hesabatların işlənməsini və aidiyyəti üzrə müvafıq qurumlara göndərilməsini təmin etmək;
•         Azərbaycan Respublikası Mərkəzi Bankı üçün müvafıq hesabatların vaxtında hazırlanmasını təmin etmək;
•         Mərkəzi Banka müstəqil maliyyə hesabatın təqdim edilməsi və kənar auditin hesabatın tərtibi və təsdiqində bilavasitə iştrak;
•         Büdcənin tərtibi və nəzarət edilməsi;
•         Fəaliyyətinə dair rəhbərliyin ayrı-ayrı tapşırıqlarmı icra etmək.
•         Təsdiq edilmiş ştat cədvəli və müzdlu əmək müqaviləsi əsasında işçilərin əmək haqqlarının, onlardan gəlir vergisinin və DSMF aid olan tutulmaların hesablanması və ödənməsı;
•         Gününü bağlanması və düzəlişlərə nəzarət;
•         Gündəlik mənfəət- zərərə və balansa nəzarət;
•         Mal-Material hesabatına nəzarət;
•         Təh-təl şəxslərə verilmiş avanslara nəzarət;
•         Büdcənin tərtibi və nəzarəti;
•         Mərkəzi Bankın hesabatların hazırlanması
•         Digər departamentlərdən hesabatların mühasibatlığa dislokasiyasını təmin etmək;
•         Hesabatlığların avtomatlaşdırmasını təmin etmək;
•         Kataloqların saz vəziyətə gətirilməsi;
•         Vergi və Menecment hesabatlığları üzrə məlumat bazaların tənzimlənməsi
•         Elektron vergi hesab fakturalar üzrə ödənişlərin aparılması;
•         Bank aid olan ödənişlərin nəzarəti;
•         Maliyyə lizinqinə əsasən alınmış vəsaitlərin uçotu;
•         Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə, Məşğulluq Mərkəzinə aid olan aylıq, rüblük və illik hesabatların hazırlanması və ödənməsi;
•         İşçilərin təqaud ilə əlaqədar DSMF-nin məlumat bazasının toplanma və təqdim olunması;
•         Bankın əsas vəsaitlərin uçotunu aparılması, onların balansa daxil edilməsi, köhnəlməsinin hesablama və yararsızların balansdan silinməsi;
•         İnvenatrizasiyanın aparılması;
•         ƏDV üzrə depozit hesabının yaranması və xərclənməsinə nəzarət etmək;
•         ƏDV, Mənfəət, Ödəmə mənbəyindən, Yol, Torpaq, Əmlak, Muzdlu işlə əlaqədər ödəmə mənbəyindən vergilər üzrə bəyannamələrin və hesabatların vergi orqanlarına təqdim olunması, və onlar üzrə ödənişlərin həyata keçirilməsi;
•         Depozitlər və İstiqrazlar üzrə fazilərdən və dividenlərdən Ödəmə mənbəyindən verginin tutulması;

İşçinin hüquqları:

•         Əmək və icra intizamına mütəmadi olaraq əməl etmək;
•         Vəzifələrini qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun olaraq yerinə yetirmək;
•         Öz vəzifələrini yerinə yetirmək üçün digər struktur vahidlərindən və müştərilərdən lazımi məlumatlar almaq;
•         Bankın daxili normativ sənədləri ilə verilmiş digər hüquqlar.

İşçinin məsuliyyəti:

•         Verilmiş səlahiyyətlər çərçivəsində həvalə edilmiş vəzifələrin icrası zamanı Banka dəymiş zərərə, eyni zamanda bank və kommersiya sirri hesab edilən məlumatların yayılmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə və Bankın daxili normativ sənədlərinə müvafiq olaraq məsuliyyət daşıyır.

Vəzifəyə qəbul üçün kriterilər:

•         Ali (iqtisadi)
•         Vergi məcəlləsi, Əmək məcəlləsi, Mühasibat uçotu haqqında Qanun, Bank sistemi bilikləri, Əmək haqqı ilə əlaqədar instruksiyalar, İFRS, Mərkəzi Bankın normat aktları
•         Kompyuter bilikləri, Dil bilikləri (Azərbaycan-əla, Rus-əla, İngilis-yaxşı)
•         5 il bank mühasibatlığı sahəsində iş təcrübəsi

CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.