DəmirBank ASC Təhlükəsizlik Xidmətinə İT təhlükəsizliyi üzrə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.
İşin təsviri:
Bankın komputer şəbəkələrində informasiya təhlükəsizliyini təmin etmək;
Elektron imzaların təmzinlənməsini həyata keçirmək;
İT təhlükəsizlik sahəsində baş vermiş insidentlərin araşdırılmasını həyata keçirmək;
Fövqaladə hallarda imformasiya sistemləri üzrə fəaliyyətin davamlığı prosedurlara nəzarət etmək;
Bankda ümumi heyətə İT təhlükəsizliyi haqqında təlimlər vermək;
Bankda İT təhlükəsizliyinin standartlarının və prosedurlarının tədbiq edilməsini həyata keçirmək;
Elektron imformasiya sistemləri və bank xidmətləri də daxil olmaqla maliyyə və idarəedici informasiya sistemlərinin yoxlanılmasını həyata keçirmək;
Bankın fəaliyyətində istifadə edilən İT təhlükəsizlik standartlarını təşkil etmək;
İT təhlükəsizlik nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təklifləri hazırlamaq.
Namizədə qarşı tələblər:
Ali təhsilin olması (İT sahəsi üstünlükdür);
Azərbaycan mükəmməl, rus və ingilis dillərinində biliklər üstünlük hesab olunur;
İT sahəsində ən azı 2 il iş təcrübəsinin olması;
Yaxşı səviyyədə Əməliyyat Sistemləri, Microsoft Office, SQL, PL/SQL, Oracle Database bilik və təcrübəsinin olması;
İşində dəqiq, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli kimi bacarıqlara sahib olması;
Daim təşəbbüskar, davamlı, müstəqil və qərəzsiz fəaliyyət göstərməli;
Bank sirri təşkil edən məlumatların məxfiliyini qoruyub saxlamalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 fevral 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İT mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.