Operativ Yığım şöbəsinə mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 05.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Problemli Kreditlərlə İş Departamentində Operativ Yığım şöbəsinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir. (3 vakant yer)

İşin təsviri:

• Bankın rəhbərliyinin tapşırığına əsasən Bankın mənafeyini dövlət orqanlarında və idarələrində qorumaq;
• Kreditlərin qaytarılması sahəsində yaranan gündəlik işlərin təhlilini aparmaq;
• Problemli kreditin qaytarılması yollarını öyrənmək və həyata keçirilməsi üçün fərdi plan tapşırılarını tərtib etmək;
• Aşkara çıxarılan nöqsanlar barədə rəhbərliyi məlumatlandırmaq;
• İcraatında olan işlər üzrə xüsusi hesabatar hazırlamaq və arxivləşdirmək;
• Filial rəhbərliyi və əmakdaşları ilə saxlamaq və müvafiq sənədlərin, məlumatların təqdim edilməsinin tələb etmək;
• Kreditləri qaytarmaqdan boyun qaçıran fiziki və hüquqi şəxslərin faktiki yaşayış yerlərinin, faktiki fəaliyyət yerlərinin, qeyd olunan borclulara məxsus olan əmlakların və bank hesablarının aşkar edilməsi ilə bağlı qanunvericilikdə qadağan edilməmiş bütün tədbirlərin görülməsi.

Namizədə qarşı tələblər:

• Orta təhsilli olmalı (ali təhsilin olması üstünlükdür);
• Azərbaycan və rus dilini yaxşı səviyyədə bilməli;
• Müvafiq sahədə 1 ildən artıq iş təcrübəsi olmalı;
• Stres altında işləmək bacarığı olmalı;
• Analitik təhlil qabiliyyətinə malik olmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Əla ünsiyyət bacarığı, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 fevral 2015-ci il tarixinədək  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Operativ Yığım şöbəsinə mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.