Xərclərə Nəzarət üzrə Mütəxəssis
Vəzifə və öhdəlikləri:
Xərclərə Nəzarət üzrə Mütəxəssis Kommersiya üzrə Menecerə və Layihə Rəhbərinə tabedir;
İPS Database-nin hazırlanması, yoxlanması;
İPS hesabatların tərtib olunması və izlənməsi;
Gündəlik hesabatların yoxlanması;
Cost kodların qoyulması;
Layihələr üzrə xərclərin bölüşdürülməsi və onlara nəzarət;
Satınalınma və Maliyyə departamentindən gələn sənədlərin yoxlanılması və Kommersiya üzrə Menecerə təqdim edilməsi;
Həyata keçirilmiş xərclərin təhlili və onlar üzrə yekun hesabatların hazırlanması;
Həyata keçirilmiş işlər üzrə aylıq hesabatların hazırlanması və onların birbaşa rəhbərə təqdim olunması;
Birbaşa rəhbər tərəfindən digər tapşırıqları vaxtında yerinə yetirmək;
Pul axınının hərəkət (Cash flow) hazırlanması və izlənməsi;
Büdcə hesabatlarının hazırlanması və izlənməsi;
Xərclər hesabatının (cost reports) hazırlanması və izlənməsi;
Büdcə və pul axınının analizi və hesabatı;
Qiymət məlumat bazasının (Cost database) hazırlanması və izlənməsi;
Müqavilələr üzrə təhlil və hesabatlar Satınalma və Maliyyə məlumatlarının təhlili və həmin istiqamətdə hesabatların hazırlanması.
Tələblər:
• Maliyyə, Mühasibatlıq, İqtisadiyyat üzrə ali təhsil;
• Müvafiq sahədə 1-2 il iş təcrübəsi;
• Microsoft Office - Əla səviyyədə və digər Outlook proqramları;
• Stress şəraitdə işləmək bacarığı;
• İngilis dili-yaxşı səviyyədə.
Əlavə təminatlar:
• Nahar;
• Telefon danışıqları.
Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinə “Xərclərə Nəzarət üzrə Mütəxəssis” yazaraq öz CV-lərini 15.02.2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.