Sumqayıt Texnologiyalar Parkı (STP) “Logistika üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edır.
Əsas vəzifə:
- Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsi;
- təchizatın Logistik məsələlərinin idarə edilməsi üzrə cavabdeh olmaq;
- Logistikaya dair prosedur və proseslərə dair hərtərəfli biliklərin olması
- Yerli və xarici idxal/ixrac qanunvericiliyini bilmək
- Xarici şirkətlərlə əlaqə yaratmaq və Yükün daşınmasını təşkil etmək
- Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi
- Hazır avadanlıqların vaxtında yüklənməsi ve sənədləşməsinə nəzarət
- Avadanlıqların statusu haqqında məlumatın mütəmadi yenilənməsi
- İncoterms 2000 və 2010 şərtlərini bilməli
- Logistik sistemləri qurmaq
Şərtlər:
- Ali təhsil, 5 ildən çox əmək stajı (gömrük rəsmiləşdirilməsi və nəqliyyata nəzarət);
- Azərbaycan, Rus və İnglis dillərini əla bilmək;
- Planlaşdırma, analiz və idarəetmə bacarığı;
- Kompüter proqramlarında sərbəst işləmək;
- Məsuliyyətli, məqsədəyönümlü, intizamlı və gərgin iş şəraitində komanda ilə birlikdə işləmək bacarığı.
STP işləyərkən:
Tam sosial təminat (məzuniyyət və s.)
Şirkət hesabına nahar
Nəqliyyatla təminat (servis)
Beşgünlük iş həftəsi
Maraqlı olan şəxslər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər
Zəhmət olmasa elektron məktubu göndərərkən məzmunda "Logistika üzrə mütəxəssis" vəzifəsini geyd edin.