Brand Manager / Marka Rəhbəri

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 13.01.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Brand Manager / Marka Rəhbəri

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.

Azərsun Holdinq  Brand Manager / Marka Rəhbəri vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.

İş haqqında məlumat:

• İllik satış və marketing büdcələrinin hazırlanmasında iştirak etmək.
• Təsdiqlənən illik aksiyon planı çərçivəsində üzərinə düşən çalışmaları icra etmək
• Yeni məhsulun dizayn çalışmalarının dizayner və ya dizayn grupu tərəfindən yerinə yetirilməsini təmin etmək, lazımi sənədləşməni həyata keçirmək.
• Yeni məhsul brifi hazırlamaq, gelişdirmə çalışmalarında iştirak etmək.
• Reklam və tanıtım çalışmalarını həyata keçirmək, təsdiqlənən büdcə çərçivəsində işləri təqib etmək.
• Tükətici aksiyaları planlaşdırmaq və icrasını həyata keçirmək.
• Tükətici promosyon malzəmə araşdırılması və tələbin keçilməsi.
• Aylıq və 3 aylıq satış analizlərinin edilməsi.
• Point of purchase malzemelerinin dizaynının hazırlatdırılması və sifariş keçilməsi.
• Məhsula qiymət qoyma və qiymət dəyişikliyi prosesində iştirak etmək, rəhbərliyin təsdiqinə təqdim etmək.
• Yeni məhsul satış təqdimatının hazırlanması və satış komandasına sunumu
• Yeni məhsul lansman proqramının planlaşdırılması və icrası
• Həftəlik Bakı içi bazar ziyarətinin , aylıq bölgələr bazar ziyarətinin həyata keçirilməsi,rapor hazırlanması.

Əsas tələblər:

• Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
• Ali təhsilli olmalı;
• Liderlik qabiliyyəti, ünsiyyət qabiliyyəti, yaradıcı qabiliyyəti olmalı, dünyagörüşü, qərar vermə bacarığı olmalı.
• İqtisadi və riyazi biliklərə sahib olmalı. İcra, yüksək analiz, lahiyə idarəetmə qabiliyyəti olmalı.
• Marketinqin şirkət fəaliyyətinə təsirlərini anlaya bilməli.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 23.01.2015  tarixinədək [email protected] elektron ünvanına göndərə bilər vəya  www.azersunhr.com  saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Brand Manager / Marka Rəhbəri”) qeyd olunmalıdır.

site.company_rating