AZERSUN HOLDING
Vakansiyanın adı: Hüquqşünas_AzSS
Azersun Holdingə daxil olan Azərbaycan Sənaye Sığorta Şirkəti, “Hüquqşünas” vakansiyası üzrə işçi qəbulunu elan edir. İş haqqında məlumat və namizədlərdən tələb olunan şərtlər aşağıda qeyd edilmişdir:
Namizədə aid tələblər:
22-40 yaş arasında kişi;
Ali Hüquq təhsili olmalı;
Bank vəya Sığorta şirkətində Hüquqşünas kimi minimum 1 il iş təcrübəsi olmalı;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, Rus və İngilis dilini bilənlərə üstünlük veriləcəkdir;
Ünsiyyətcil olmalı və qrup şəklində işləmək qabiliyyəti, təhlil və hesabat vermə bacarığı, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalıdır.
İş haqqında məlumat:
- Azersun Holdingə daxil olan Azərbaycan Sənaye Sığorta Şirkətində, “Hüquqşünas” vakansiyası mövcuddur.
- Sığorta əməliyyatının həyata keçirilməsi istiqamətində səlahiyyətli dövlət orqanları ilə qarşılıqlı əlaqələri təşkil etmək;
- Sığorta işinin yoxlanılması və rəsmiləşdirilməsi zamanı qanunvericiliyə riayət olunmasını tabeçiliyindəki şəxslərdən tələb etmək və qanunsuz qərarları ləğv edərək qanuna müvafiq tədbirlər görmək.
- Məhkəmələrin və digər dövlət orqanlarının şirkətin mənafeyinə zidd olan qərarlarından şikayətlərin verilməsi;
- Şirkətin iştirak etdiyi beynəlxalq arbitraj proseslərin sənədlərinin hazırlanması, bu sahədə müvafiq təşkilatlarla əlaqələrin yaradılması və lazımi işlərin görülməsi;
- Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, şirkətdaxili əsasnamə, qayda və təlimatlara hüquqi rəyin verilməsi;
- Mahiyyətindən asılı olmayaraq, şirkətin tərəfdaşları ilə bağlanılan bütün növ əqdlərə hüquqi rəyin verilməsi.
- İş yeri Azərbaycan Sənaye Sığorta şirkətinin baş ofisindədir. (Demirchi Tower)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 28/01/2015 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər. Mövzu hissəsində vəzifənin adı “Hüquqşünas_AzSS” qeyd olunmalıdır.