Ödəniş terminalları texniki dəstək şöbəsinin Mütəxəssisi

  • Unibank
  • Elanın qoyulma tarixi: 24.12.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Sektor: Maliyyə/Bank

Vəzifə : Ödəniş terminalları texniki dəstək şöbəsinin Mütəxəssisi

Departament: Ödəniş terminalları texniki dəstək şöbəsi

Müqavilə şərtləri: Daimi
 
Bank haqqında
 
Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.
Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq.   İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır. 
 
Başlıca öhdəliklər və məsuliyyətlər

• Mövcüd terminal parkının monitorinqi
• Əməliyyat sistemləri və proqram təminatının quraşdırılması və sazlanması 
• Terminalların işində yaranan nasazlıqların aradan qaldırılması 
 
Namizədin Profili
 
• Ali təhsil
• Zaman çərçivələrində işləməyi bacarmaq.
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• Azərbaycan dilini səlis bilmək – önəmlidir. Digər dilləri bilmək – xüsusilə, rus və ingilis dillərini üstünlük hesab ediləcək
• Kompyüter avadanlıqı ilə işləmə bacarığı
• Perifiriya avadanlıqlarla işləmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkili ilə 25.01.2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Ödəniş terminalları texniki dəstək şöbəsi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır

site.company_rating