Vəzifənin adı: İnsan Resursları departamentinin Direktoru
“Synergy Group” ASC haqqında
2010-cu ildə təsis edilmiş “Synergy Group” ASC Azərbaycanda fəaliyyət göstərən ən iri investisiya şirkətlərindən biridir. Qrup yüksək inkişaf potensialına malik strateji sənaye sahələrinə sərmayə qoyur. “Synergy Group” 22 müxtəlif və inkişafa yönəlmiş fəaliyyət sahəsini idarə edir və Qrupda ümumilikdə 900-dən artıq işçi çalışır.
“Synergy Group”un çox-sektorlu investisiya portfeli aşağıdakı sahələrə edilən iri yatırımlardan ibarətdir: inşaat və tikinti materiallarının istehsalı, otelçilik, İKT, istehsalat və kənd təsərrüfatı. “Synergy Group”a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” ASC-nin investisiya strategiyası investisiya qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayələrin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.
• Qanunvericiliyə uyğun olaraq əmək münasibətlərinin idarəedilməsi;
• Şirkət strategiyasını dəstəkləyən və təşkilatın ehtiyaclarına uyğun olan İnsan Resursları sahəsində layihələrinin və prosesslərin hazırlanıması və həyata keçirilməsi;
• Perfomansın İdarəetmə sisteminin tətbiq edilməsi və idarəedilməsi;
• Şirkətin strateji hədəflərinə əsasən Insan Resursları sahəsində təlim və inkişaf proqramların həyata keçirilməsi;
• İnkişaf proqramların keyfiyyətinin ölçülməsinə nəzarət;
• Güzəşt və Mənfəətlər prosesinin hazırlanması və idarəolunması (Vəzifələrin təsnifatı (Grading) layhəsi, şirkətin güzəşt siyasəti və s.);
• İşə qəbul prosesinin həyata keçirilməsi və idarəolunması;
• İşçi sayının təsdiqlənmiş büdcəyə əsasən planlaşdırılması;
• Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi və onun effektivliyinin ölçülməsi;
• İşçilərin şirkətə bağlılığını və işçi məmnuniyyətinin ölçülməsi məqsədilə illik məmnuniyyət sorğularının həyata keçirilməsi;
• İnsan Resursları üzrə hesabat sisteminin tətbiq edilməsi və Synergy Group və bütün törəmə müəssisələri üzrə aylıq, rüblük və illik statistik hesabatların hazırlanması və təhlil olunması;
• Korporativ mədəniyyət layihələrinın həyata keçirilməsi (korporativ geyim qaydaları, Etika və Davranış qaydaları və s.);
• SYNERGY GROUP törəmə şirkətlərinin mövcud Insan Resursları sistemlərinin şirkət rəhbərləri ilə birlikdə dəyərləndirilməsi, nəzərdən keçirilməsi və uyğun olan sistemlərin tətbiq edilməsinə nəzarət.
Tələblər:
• Ali təhsil
• AR əmək məcəlləsini bilmək
• İnsan resursları sahəsində təcrübə (min. 4 il)
• Problemlərin həll edilməsi bacarığına malik olmaq
• Yüksək şəxsi və etik standartlara uyğun olması (şəffaflıq, özünətənqidlik)
• Analitik düşünmə bacarığı;
• Yüksək Ünsiyyətqurma bacarığı ;
• Qərarvermə bacarığı
• Strateji baxış və qabaqcadan görmə bacarığı
• Detallara dəqiqliklə yanaşma
• Azərbaycan Rus və ingilis dillərini sərbəst bilməli.
E-mail: [email protected]