Aparıcı mühəndis (Mərkəzi Texniki Şöbədə Mülki İnşaat İşləri Üzrə)

İşin təsviri

Vəzifənin adı:  Aparıcı mühəndis (Mərkəzi Texniki Şöbədə Mülki İnşaat İşləri Üzrə)

İş yeri:   Bakı şəhəri (bəzən xaricə və ya rayonlara səfərlərlə)

Tələblər:

İnşaat mühəndisi ixtisası üzrə ali təhsil (xaricdə təhsil alanlara üstünlük veriləcək)
İxtisası üzrə ən az 10 il təcrübə
Azərbaycan dili (yaxşı)
İngilis dili (yaxşı)
Rus dili (yaxşı)
Word, Excel, Project (və ya Primavera) proqramlarında işləmək bacarığı
Autocad və digər proqramları da bilənlərə üstünlük veriləcək

Əsas Funksiyalar:

1. Sahədəki tikinti işlərinin icrasına nəzarət
2. Sahədən dövrü hesabatların qəbulu və qeydiyyatı
3. Zəruri hallarda sahədə çalışan mühəndis-texniki işçilərə dəstək
4. Tikinti işlərinin gedişatı barədə rəhbərlik üçün hesabatların hazırlanması
5. Tender təkliflərinin (o cümlədən smeta, metod bəyannaməsi, iş qrafiki, mobilizasiya qrafiki, sahə planı, sahə strukturu, HSE plan, keyfiyyətə nəzarət planı və digər texniki sənədlərin) hazırlanması
6. Sifarişçi, texniki nəzarətçi və subpodratçılarla danışıqların aparılması, yazışmaların həyata keçirilməsi
7. Forma 2, forma 3, məktub, ödəniş sertifikatları, Keyfiyyətə Nəzarət Formaları, material hesabatı və digər sənədlərin hazırlanması və ya yoxlanılması və qeydiyyatı
8. Müqavilə və Texniki Şərtnaməyə uyğun Qiymət Analizlərinin aparılması
9. Rəhbərlik tərəfindən tapşırılan yeni tikinti layihələrinin texniki-iqtisadi cəhətdən araşdırılması və qiymətləndirilməsi
10. Rəhbərlik tərəfindən tapşırıldığı təqdirdə qrup şirkətləri tərəfindən icra olunan tikinti layihələrinin yoxlanılması

Xahiş olunur CV-lərinizi 10 dekabr 2014 tarixinədək, e-poçtun “subject” hissəsində “aparıcı mühəndis vəzifəsinə” qeyd etməklə [email protected] adresinə göndərəsiniz.