Korporativ Həllər üzrə Mühəndis

  • Azerfon
  • Elanın qoyulma tarixi: 29.10.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

Ali Texniki Təhsil
Mühəndislik sahəsində bakalavr dərəcəsinə və Kompüter, Telekommunikasiya sahəsində elmi biliklərə üstünlük verilir
Simsiz rabitə / Informasiya və Kommunikasiya Texnologiyalari sahəsində    3 + il iş təcrübəsi
Müqavilə və kommersiya danışıqlar təcrübəsi daxil olmaqla güclü kommersiya xarakterli idarəetmə  bacarıqları
Güclü ünsiyyət bacarıqları
Mobil danışıq və data xidmətləri haqqında ümumi məlumat
Azərbaycan dilini səlis, Rus və İngilis dillərini yaxşı bilmək
MS Office bacarıqları
Sürücülük vəsiqəsi

Tələb olunan bacarıqlar

Bütövlük
Müştəri yönümlü
Komanda işi və Əməkdaşlıq
Nəticə yönümlü
Davamlı  təkmilləşmə 

Vəzifə və Öhdəliklər:

Korporativ satış bölməsi ilə əlaqələr quraraq satışdan əvvəl yaranan həllərin müəyyən edilməsi
Satışdan sonra müştəri ilə daimi əlaqədə olaraq, statistikaların toplanılması, yarana biləcək çətinliklərin müəyyən edilməsi, yeni həll yollarının tapılması
Müştərilərin tələblərinə uyğun satış bölümü ilə birlikdə hazırlanmış yol xəritəsinin izlənilməsi və müştərək cədvəldə əlavə və dəyişikliklərin aparılması
Şirkətin müştərilərin tələblərini yerinə yetirmək məqsədi ilə müntəzəm səfərlərin yerinə yetirilməsi
Müştəri tələblərini izləmək məqsədilə yaradılmış idarəetmə strukturuna nəzarət və müvafiq hesabatların hazırlanması
Texniki həllərin layihələndirilməsinə dair texniki müzakirələrin aparılması
Şirkətin məhsulları və xidmətlərinə dair, müştərinin ehtiyaclarına uyğun olaraq təqdimatların keçirilməsi
Şirkətin dəyər və gələcəyə baxışını nəzərə alaraq potensial partnyorların müəyyən edilməsi
Tərəfdaşlıq əlaqələrinin periodik olaraq nəzərdən keçirilməsi
İş prosesinin nəticələri, perfomans göstəriciləri, öhdəliklərinin yerinə yetirilməsi
Cavabdeh olduğu iş sahələri üzrə müvafiq həftəlik, aylıq, illik hesabatlar, ödəmə hesabatları və rəhbərliyin tələb etdiyi digər hesabatların hazırlanması
Qoyulan tapşırıqlara görə tələb olunan vaxt müddətini düzgun təyin etmək və tapşırığı təyin etdiyi müddətdə yerinə yetirilməsi

Son müraciət tarixi – 14.11.2014

Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir

Başlıqda Korporativ Həllər üzrə Mühəndis qeyd olunmayan müraciətlər qəbul olunmayacaq

Sadəcə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır