Mühəndis-Texniki Şöbənin Direktoru

  • Fairmont
  • Elanın qoyulma tarixi: 19.10.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə:   Mühəndis-Texniki Şöbənin Direktoru

Kimə məruzə edir: Baş Direktor

VƏZİFƏ BORCLARI:

İcra Komitəsinin fəal üzvü kimi, mühəndis-texniki şöbənin direktoru texniki bölmənin gündəlik fəaliyyətinə nəzarəti həyata keçirir. Mühəndis-texniki şöbənin direktoru inşaat briqadası ilə sıx əlaqə saxlamaqla və işin keyfiyyətini təmin etməkdə fəal iştirak edir.

• Bütün avadanlıqların düzgün quraşdırılmasını və rəvan işləməsini təmin etməkdən ötrü mülkiyyətçi qrupu ilə sıx əməkdaşlıq etmək
• Hotelin Enerji İdarəetmə Sistemlərini idarə etmək
• Texniki xidmətlə təsərrüfat işləri arasında mövcud ola biləcək çətinlikləri qonaqların və işçilərin gözlədiklərindən də artıq səviyyədə aşkara çıxarmaq üçün Təsərrüfat işləri müdiri ilə sıx əməkdaşlıq etmək
• Hotelin istismarında və saxlanmasında digər komandalara başçılıq etmək və dəstək göstərmək
• Öz “ibtidai” vəziyyətində qalan binanın işini yüngülləşdirməkdən ötrü qonaq otaqları, ictimai istifadə sahələri və təhlükəsizlik sistemləri üçün geniş profilaktik xidmət proqramına rəhbərliyi həyata keçirmək
• Qonaq xidmətlərini əlaqələndirmək və ortaya çıxan problemləri dərhal həll etmək üçün Otaqlar bölməsi, Qida və İçkilər şöbəsi və digər əlaqədar şöbələrlə sıx əlaqə saxlamaq
• Xidmət müqavilələrinə olan tələbatı nəzərdən keçirmək və yenidən qiymətləndirmək, bu cür prosesləri idarə edərkən məhsuldar nəticələr əldə etməyə çalışmaq
• Şöbənin aylıq maliyyə nəticələrini tənqidi nəzərdən keçirmək, yekunlaşdırmaq və proqnozlaşdırmaq.
• Şöbənin cari xərclər smetasını və illik kapital qoyuluşu büdcəsini hazırlamaq
• Heyətin planlaşdırılması, muzdla tutulması və büdcəyə nəzarət vasitəsilə bütün əməkdaşların effektiv istifadəsini və məhsuldar fəaliyyətini təmin etmək
• «Fairmont Baku»nun Ekoloji Komissiyasının iclaslarında fəal iştirak etmək və sabit iş ekoloji mühiti dəstəkləmək üçün hoteldaxili ekoloji təşəbbüsləri yerinə yetirmək
• Qəza xidməti briqadasının yardımçı üzvü olmaq və yerli yanğınsöndürmə xidməti ilə sıx əlaqə saxlamaq
• «Fairmont Baku»nun Sağlamlıq və Təhlükəsizlik Komissiyasının fəal üzvü olmaq
• Şöbənin sağlamlıq, təhlükəsizlik və fövqəladə halların nəticələrinin aradan qaldırılması məsələləri üzrə prosedur təlim proqramlarını işləyib hazırlamaq, izləmək və fəaliyyət nəticələrini qiymətləndirmək
• işin həyata keçməsini təmin etməkdən ötrü təqdirəlayiq şəxsi nümunə və “nəyin bahasına olursa-olsun işi yerinə yetirməklə” açıq ünsiyyət, kollektiv iş və etiraf tanıma mühitini stimullaşdırmaq
• Kapital qoyuluşu layihələrinin planlaşdırılmasına, əlaqələndirilməsinə və icrasına daha çox önəm verməklə Strateji Planlaşdırma sessiyalarında iştirak etmək
• Sağlamlıq və təhlükəsizlik məsələlərinə şüurlu yanaşmaq və təhlükəsiz iş mühitinin qorunub saxlanmasında fəal iştirak etmək
• Fairmont Hotels & Resorts siyasətinə, proseduralarına və davranış qaydaları kodeksinə riayət etmək
• Bütün vaxtlarda daxili və xarici müştəri xidmətinin ən yüksək standartını qoruyub saxlamaq

İXTİSAS TƏLƏBLƏRİ:

• Baş mühəndis vəzifəsində, yaxşı olardı ki, Azərbaycanda və digər qərbi Avropa ölkələrində hotel işi sahəsində, ən azı 3 illik iş təcrübəsi
• İlkin açılış təcrübəsi
• İngilis və rus/türk dillərindən biri olmaqla ikidillilik dəyərlidir
• Mühəndis-texniki təyinata və ya əlaqədar hotel sistemləri təyinatı dəyərlidir
• Tikinti normaları, yanğından mühafizə, gigiyena və təhlükəsizlik texnikası kimi yerli normativ aktları yaxşı bilmək
• Şəxsi və sahə hədəflərinə ardıcıl nail olmaqda işçilərə yardım göstərilməsində sınanmış liderlik keyfiyyətlərinə malik olmaq
• Bütün vaxtlarda ən yüksək səviyyədə məhsuldarlığı təmin etmək üçün güclü problem-həlletmə keyfiyyətlərinə malik olmaqla tədbirli olmaq
• Yaradıcı və risklərə getmək üçün iradəli olmaq
• Enerjinin idarə edilməsi sahəsində konkret uğurlar qazanmaq
• Çeviklik və təzyiq altında yaxşı işləmək qabiliyyəti ilə nəticə əldə etməyə meylli olmaq
• Öz gücünə inanmaq və gərgin iş mühitində son tarixləri prioritetlik baxımından təyin etmək, effektiv qərarlar qəbul etmək və işi müəyyən edilmiş müddətdə başa çatdırmaq qabiliyyəti
• Təşkilatın bütün səviyyələrində başqaları ilə sağlam qarşılıqlı münasibətlər qurmaq və onlara təsir göstərmək bacarığı

*İş üçün müraciət yalnız Online ərizə formasında qəbul olunur. Online ərizənin doldurulma qaydaları:

• Addım 1: Bizim karyera portalımıza baş çəkin:  http://www.fairmontcareers.com
• Addım 2: Search Positions linkində new düyməsinə basın
• Addım 3: Menyudan istifadə edərək işin yerləşdiyi ərazi, işin kateqoriyası, vəzifənin adı və ya açar sözdən istifadə edərək iş axtarışı əməliyyatını yerinə yetirə bilərsiniz
• Addım 4: Vəzifəni seçin və ərizənizi Online təqdim edin

Qeyd: Ərizənin “Online Assesment” hissəsinə çatdıqda zəhmət olmasa diqqətli olun. Sizin iki seçiminiz olacaq: Online Assessment-i dərhal etmək və ya başqa vaxt etməyiniz üçün e-mail ünvanınıza göndərmək. Zəhmət olmasa əmin olun ki, ekranın yuxarı hissəsindəki “pop-ups”-a  Online Assessment-i tamamlamanız üçün müvəqqəti olaraq icazə verilmişdir. Elektron ərizəniz yalnız Online Assesment-i etdikdən sonra tamamlanmış hesab ediləcək.