Keyfiyyətə Nəzarət şöbəsinə aparıcı/baş mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 11.10.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Keyfiyyətə Nəzarət şöbəsinə aparıcı/baş mütəxəssis vakansiyasına işəqəbul elan edir.

İşin təsviri:

 Bankın filialları üzrə müştərilərə göstərilən xidmətlərin yerinə yetirilmə səviyyəsini və keyfiyyətini yerlərdə yoxlamaq və müvafiq arayışlar hazırlayaraq şöbə müdirinə təqdim etmək;
 Müştəri xidməti keyfiyyətinin müəyyən olunmuş standartlara uyğunluğuna nəzarət etmək;
 Müştəri məmnuniyyətini davamlı olaraq izləmək və inkişafına nail olmaq üçün tədbirlər görmək;
 Müştəri xidmətlərinin keyfiyyəti və yeni məhsul və xidmətlərlə bağlı işçilərin təlimatlandırılması zərurətini müəyyən etmək və şöbə müdirinə məlumat vermək;
 Müştəri keyfiyyətinin nəticəsi olaraq müştəri dövriyyəsini (yeni və təkrar müştərilərin axınını) təhlil etmək;
 Müştərilərə yüksək səviyyədə keyfiyyətli xidmətlərin göstərilməsi üçün şöbə müdirinə təkliflər vermək;
 Müştəri məmnunluğunun ölçülməsi məqsədilə müştərilər arasında sorğular keçirmək, etirazlarını araşdırmaq və həlli istiqamətində tədbirlər görmək;
 Müştəri xidməti keyfiyyəti ilə bağlı Bankın müştərilərlə işləyən əməkdaşlarına təlimlər keçmək;
 Filiallarda müştəri xidməti səviyyəsinin ölçülməsi məqsədilə qiymətləndirmə sistemini təhlil etmək və inkişafı üçün tədbirlər görmək.

Namizədə qarşı tələblər:

 Komandada işləmək bacarığına malik olmalı;
 Ali təhsil (maliyyə, iqtisadi sahələrdə);
 Analitik və yaradıcı düşüncə tərzi olmalı;
 Sözügedən sahədə minimum 5 illik iş təcrübəsi;
 Yaxşı təhliletmə və təqdimat bacarığının olması;
 Azərbaycan dilini mükəmməl səviyyədə bilməli. Rus və İngilis dilini bilənlərə üstünlük verilir;
 Stres altında işləmə qabiliyyəti olmalı;
 Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti olmalı;
 Yüksək etik-davranış qabiliyyəti olmalı;
 Bankda müxtəlif bölmələrdə iş təcrübəsinin olması üstünlükdür (həm kredit, həm də qeyri-kredit);
 Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
 Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı;
 Bankın müştəri xidmətinə aid olan bütün biznes proseslərini analiz etmək bacarığına sahib olmalı;
 Analitik təhlil qabillətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 oktyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Keyfiyyətə Nəzarət şöbəsinə aparıcı/baş mütəxəssis” yazmağınız xahiş olunur. Əks təqdirdə namizədlərin müraciətlərinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.