Vəzifə: Çizgiçi (Draftsman)
Vəzifə və öhdəlikləri:
Çizgiçi (Draftsman) birbaşa Memarlıq və Dizayn Departamentinin Rəhbərinə tabedir.
1.1 İlkin çizgiləri və tikinti layihələrini təsdiq üçün konsultantlara təqdim etmək
1.2 Konsultantların rəylərinə əsasən layihələrə düzəlişlər etmək
1.3 Çizgilərə əsasən sahədə yekunlaşan işləri yoxlamaq
1.4 Sahə üçün layihələr hazırlayır-layihənin münasib keyfiyyətlə, təhlükəsizbaşaçatdırıldığını təmin etmək üçün heyyətə məsləhət və istiqamət verir.
1.5 Layihələrin planlaşdırılması, hazırlanması və icrası:
1.6 Sifarişçilərlə danışıqlar aparmaq və onların tələblərini başa düşmək;
1.7 Hüquqi qaydaları, yerli və beynəlxalq standartları nəzərdən keçirmək;
1.8 Tikilini layihələşdirmək, dəyərləndirmə və yoxlanış nəticələrini təqdim etmək;
1.9 Planlaşdırma zamanı texniki elementlərdən istifadə etmək və xüsusi elementlərin
dizayn və hesablanması ilə bağlı mühəndislə məsləhətləşmək;
1.10 Layihə ilə bağlı ətraflı texniki və iqtisadi hesablamalar aparmaq;
1.11 Sxemlərin, maketlərin və kompüter modellərinin hazırlanmasına nəzarət etmək
və yoxlamaq;
1.12 Tikinti və inşaat işlərinin layihəyə uyğun aparılmasına nəzarət etmək;
1.13 Ərazinin müntəzəm monitorinqini aparmaq və məsələlər ilə bağlı aidiyyatı
mütəxəssislərlə məsləhətləşmək;
1.14 Təlimatlar, hesablamalar, tikinti və inşaatın konkret planlaşdırılması, heyyətlə
bağlı texnikləri yönləndirmək;
1.15 Quraşdırma işlərini müzakirə etmək və xüsusi icazələrin alınmasını təmin etmək;
1.16 Təkliflərin hazırlanması, onların qiymətləndirilməsi, eləcə də müqavilələrin icra
olunmasını təşkil etmək.
Tələblər:
• Ali təhsil
• Müvafiq sahədə 3-5 il iş təcrübəsi
• Autocad-Əla səviyyədə
• Microsoft Office, və digər Outlook proqramları
• Stress şəraitdə işləmək qabiliyyəti
• Azərbaycan-əla, İngilis dili-yaxşı səviyyədə
• İdarəetmə bacarığı
Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinə “Çizgiçi (Draftsman)” yazaraq öz CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.