HÜQUQŞÜNAS
MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:
• Cəmiyyətdə normativ aktların müddəalarının düzgün tətbiq edilməsinin təmin edilməsi;
• Cəmiyyət ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, prosedurlar və.s) icra edilməsindən qabaq onların qanunvericiliyə uyğunluğunun yoxlanılması və lazım gəldikdə razılığın bildirilməsi (sənədlərin müvafiq yerində imza etməklə);
• Cəmiyyətdə hüquq pozuntusunun olması faktı aşkar edildikdə, onun aradan qaldırılması məqsədilə rəhbərliklə birgə hüquqi tədbirlərin görülməsinin təmin edilməsi;
• Mülki hüquqi xarakterli müqavilələrin hazırlanması, müqaviləni qarşı tərəfə təqdim etdikdə onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanılması;
• Cəmiyyətin fəaliyyəti ilə bağlı Hüquqi şəxs(lər)in dövlət qeydiyyatına alınması, yenidən təşkili və ləğvi üçün tələb olunan sənədlər paketinin hazırlanması və icra edilməsi;
• Hüquqi şəxslərin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər paketinin hazırlanması və icra edilməsi;
• Cəmiyyətdə kadr uçot sənədlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanmasına və hərəkətinə nəzarət edilməsi, bu sahədə hüquqi məsləhətlər və əlverişli təkliflər verilməsi;
• Cəmiyyətin maraqlarını lazımınca müdafiə etmək məqsədilə etibarnaməli nümayəndə qismində məhkəmədə bütün zəruri prosessual imkanlardan istifadə edilməsi;
• Cəmiyyətə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədilə hüquqi vasitələrdən istifadə etməklə tədbirlər görülməsi;
• Tələb olunan hüquqi sənədlərin lazım olan vaxtlarda dövlət və bələdiyyə orqanlarına təqdim edilməsi, oradan götürülməsi, bununla bağlı imza edilməsi, lazım gəldikdə tələb olunan dövlət rüsumunun ödilməsi;
• Cəmiyyətin fəaliyyəti ilə bağlı hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.
TƏLƏBLƏR:
• Ali hüquq təhsili;
• Kompüterlə işləmək bacarığı;
• Azərbaycan, rus, ingilis dillərini bilmək;
• Hüquq sahəsində azı 3 il stajı.
Kommunikabellik;
Məsuliyyətlilik;
Diqqətlilik;
Geniş dünyagörüşü;
Əlaqələndirmə bacarığı;
Komandada işləmə bacarığı;
Aktiv və çalışqan.
İş yeri: Bakı-Salyan şosesi, 47-ci km
Əmək haqqı : 1200 manat (xalis)
İş qrafiki: 5 günlükdür. İş vaxtı saat 09:00-da başlanır, 18:00-da bitir. Həftənin şənbə və bazar günləri istirahət günləridir.
Əlavə şərtlər: İşçi naharla təmin olunur. Zavoda gəlmək üçün avtobus xidməti mövcuddur. İşçi tibbi sığorta və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” ilə təmin olunur. Əməkdaşlıq etdiyimiz bank ilə güzəştli şərtlərlə kredit əldə olunması barədə razılaşmamız mövcuddur.
CV-zin [email protected] ünvanına mövzu yerində "Hüquqşünas" qeyd etməklə yollamaq xahiş olunur.