1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.
Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.
Azərsun Holdinq “İnsan Resursları Mütəxəssisi” vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.
İş barədə məlumat:
-Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
-Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
-Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
-İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
-Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
-Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
-Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması.
İş yeri – Qazax Konserv Zavodu.
Əsas tələblər:
-Menecment, iqtisadiyyat və digər sahələrdə ali təhsil;
-İnsan Resursları sahəsində ən az 1 il iş təcrübəsi;
-AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
-Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
-Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları bilməli;
-Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilməli;
-Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını bacarmalı;
-Kadrların hərəkətlərinin uçot metodlarını bilməli;
- Mühasibatlıq sahəsi ilə bağlı minimal biliklərə sahib olmalı;
-MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 22.08.2014 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“İnsan Resursları Mütəxəssisi”) qeyd olunmalıdır.
*Azərsun Holdinq haqqında ətraflı məlumatı www.azersun.com web səhifəsindən əldə edə bilərsiniz.