Qapan tərəzisi operatoru
Norm MMC Bakının Qaradağ rayonunda istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən “Norm Sement” zavodunun tikintisini başa çatdırmış və sement istehsalına başlamışdır.
Tələblər
• Microsoft Office programlarından istifadə bacarığı
• Azərbaycan və Rus dili əla, ingilis dili yaxşı
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
• Qoyulan tapşırııqları düzgün və vaxtında həyata keçirmək
• Komanda yönümlülük
• Təziq altında işləmək bacarığı
• Ünsiyyət qurmaq bacarığı və problemləri həll edə bilmək bacarığı
• Gərgin hallar sakit qalmaq bacarığı
• Əməyin təhlükəsizliyi məsələlərinə qarşı xüsusi diqqətcil olmaq
• Müştəri yönümlü olmaq
Vəzifə və Öhdəliklər:
• Qapançı Təchizat və Logistika şöbəsi, dispeçer və ambardar tərəfindən verilən təlimatlara və göstərişlərə əməl etməli
• Verilmiş qaydada, müştərilərə sementin buraxılışını və xam malın qəbulunu təmin etməli, müvafiq sənədləşməni aparmalı
• Gündəlik buraxılmış sementin miqdarı, sənədləşmiş avtomaşınlar haqqında hesabat tərtib edərək Növbə Dispetçerinə təhvil verməli və jurnalda qeydiyyat aparmalı
• Müştəriləri onlara ayrılan sementin miqdarı və sıra növbəsi kimi məlumatla təmin etməli
• Bu və ya digər səbəbdən növbəni təyin olunan vaxtda qəbul edə bilmədikdə iş rejimini pozmamaq üçün dispetçerlə əlaqə saxlamalı
• Fövqəladə vəziyyətlərdə qapançı verilmiş təlimatlar müvafiq tədbirlər görməli
• Fəaliyyət göstərən texnikadan səmərəli istifadə edilməsinə və onların tələb olunan qaydada saxlanmasına nəzarət etməli
• Dispetçer olmadığı müddətdə telefon zənglərinə cavab verməli, müştərilərə, nəqliyyat şirkətlərinə lazım olan məlumatları verməli.
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməli
Son Müraciət Tarixi: 30/07/2014
Müraciətlər Ünvanlanmalıdır:
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərməlidirlər.