DəmirBank ASC Şamaxı filialına İstehlak kreditləri üzrə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.
İşin təsviri:
Bankın istehlak kredit məhsullarını təbliğ etmək və banka müştəriləri cəlb etmək;
Birbaşa marketinq funksiyasını həyata keçirtmək;
Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək;
Müştərinin ərizəsini qəbul etmək; kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək;
Kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək;
Fəaliyyətinə dair hesabatlar vermək;
Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
Cari hesabların SAP proqramı vasitəsilə açılması.
Namizədə qarşı tələblər:
Ali təhsil (İqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
Azərbaycan dilini yaxşı səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
Satış qabiliyyətinə malik olmaq;
Analitik təhlil qabiliyyətinə malik olmaq;
MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 iyul 2014-cü il tarixinədək yalnız [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (istehlak kreditləri üzrə mütəxəssis - Şamaxı) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.