Strateji İnkişaf Departamentinə təcrübəçi

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 07.07.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Strateji İnkişaf Departamentinə təcrübəçi vakansiyası elan edir.

Namizədə qarşı tələblər:

 Maliyyə və ya bank işi üzrə baza bilikləri olmalı;
 İdarəetmə və ya biznesin idarəolunması üzrə ali təhsili olmalı;
 Riyazi və məntiqi bazaya malik olmalı;
 MS Office proqramlarını mükəmməl bilməli;
 Komandada işləmək bacarığına malik olmalı;
 Analitik və yaradıcı düşüncə tərzi olmalı;
 Yaxşı təhliletmə və təqdimat bacarığı olmalı;
 İngilis dilini bilənlərə üstünlük veriləcəkdir.

Biz, ölkənin ilk və aparıci bankı olaraq Sizə, gənc və peşəkar kollektivdə, peşəkar iş mühitində calışmaq imkanı yaradır və Sizi bundan yararlanmağa dəvət edirik.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 iyul 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Strateji İnkişaf Departamentinə təcrübəçi” yazmağınız xahiş olunur. Əks təqdirdə belə namizədlərin müraciətlərinə baxılmayacaqdır.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.