İşin təsviri
Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
- Ezamiyyə, məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların, uşaq pulunun hesablanması və ödənilməsi;
- Əməkhaqqı ödənişlərinin mühasibat proqramına işlənilməsi;
- Yeni işçilərin mühasibat proqramında siyahısının (proqram üzərindən işə qəbul,tutulmalar və məlumatları) yaradılması
- Daxil olan və çıxan pul vəsaitlərinin uçotunun aparılması və mühasibat uçotu hesablarında onların hərəkətinin izlənilməsi;
- Dövlət portallarından sərbəst istifadə etməli (e-gov, e-taxes.gov.az, e-custom.gov.az və s.);
- Daxili mühasibatlıq işlərinin görülməsi (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri, ezamiyyətlər və s);
- Mühasibat sənədlərinin saxlanılıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsi;
- Proqrama bank transferlərinin işlənilməsi , valyuta kurslarının daxil edilməsi,depozit gəlirlərinin işlənilməsi;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş digər tapşırıqları yerinə yetirmək
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə);
- Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür);
- AR Vergi və Əmək məcəlləsini yaxşı səviyyədə bilməsi
- AR qanunvericilik aktlarını və normativ hüquqi sənədlərdən məlumatlı olmaq
- 1C (8.2, 8.3) və Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Beynəlxalq ACCA (mühasibat uçotu) serifikatların mövcudluğu üstünlükdür;
Digər məlumatlar:
- İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küç 73
- Ezamiyyə imkanları (zəruri hallarda)
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- İş vaxtı: 09:00 – 18:00
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Əmək haqqı hesablanması üzrə mühasib” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.