Satış təmsilçisi

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 01.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • İş təcrübəsi: Satış  sahəsində minimum 2 il;
  • Yaş həddi: 25-40;
  • Avtomobilinin olması vacibdir.

Vəzifə öhdəlikləri:

  • Şirkət məhsullarının sifarişlərinin qəbul edilməsi;
  • Davamlı olaraq Satış məntəqələrini ziyarət edərək mal çatışmamazlığını müəyyən etmək;
  • Şirkətin məhsullarının ərazilərdə satışının təşkil edilməsi və ödənişlərin şirkətə təhvil verilməsi;
  • Şirkətə məxsus malların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə normativlərə uyğun düzülüşünün təmin edilməsi;
  • Şirkətə məxsus malların maksimum dərəcədə paylaşılmasını təmin edilməsi;
  • Satış təmsilçisi satış məntəqələrində olan maddi vəsaitə nəzarət edilməsi;
  • Birbaşa tabe olduğu Bölgə müdiri tərəfindən tapşırıqların icra edilməsi;
  • Birbaşa tabe olduğu Bölgə müdirinə hər günün sonunda gördüyü işlər barəsində məlumat və hesabat verilməsi;
  • Satış təmsilçisi satış nöqtəsinin anbarındakı şirkətə məxsus məhsulların varlığına nəzarət edilməsi.

İş şəraiti:

  •  İş yeri: Bakı əraziləri;
  •  6 günlük iş qrafiki;
  •  Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış təmsilçisi” yazaraq email adresinə göndərilməsi xahiş olunur. 

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.