İşin təsviri
Tələblər:
- 18-35 yaş;
- Dillər: azərbaycan dili və rus dili əla (ingilis dili üstünlükdür);
- Orta və ya ali təhsil;
- Ofis proqramları biliyi;
- Ünsiyyət qurmaq bacarığı;
- Kollektivdə işləmək bacarığı;
Vəzifə təlimatı:
- Daxil olan zənglərin və e-mail yazışmalarının cavablandırılması;
- Müştərilərin istək və ehtiyaclarını ünsiyyət əsasında təxmin edə bilmək;
- Mağazada təmsil olunan malları müştəriyə təqdimatı və satışı;
- Potensial alıcıları hazır müştəri vəziyyətinə gətirmək üçün səy göstərmək;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq və müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
- Malların təslimi və ödəmələr zamanı ortaya çıxan problemləri həll etməyi bacarmaq;
- Mağazanı hər zaman hazır və səliqəli vəziyyətdə olmasına nəzarət;
- Mallar haqqında ətraflı və doğru məlumat vermək;
- Satışdan sonra prossesləri izləyərək müştəriyə olunan xidməti nəzarətdə saxlamaq;
İş şəraiti:
- ARƏM uyğun işə qəbul;
- İş saatı - 9:00 - 17:00;
- Şənbə günü saat 10:00-dan 15:00-a qədər.
- Əmək Haqqı: 600 AZN + satışın faizi (50-1500 AZN)
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Satış meneceri” qeyd edərək öz CV-lərini elektron ünvanına göndərməyi xahiş olunur.