DəmirBank ASC Şəbəkənin İdarə Olunması Departamentində Müştəri Xidmətləri şöbəsinə mütəxəssis (Call Center Specialist) vəzifəsinə işəqəbul elan edir.
İşin təsviri:
• Bank və onun xidmətləri barədə şöbəyə telefon, email və sayt ilə online olaraq müraciət edənlərə məlumat və məsləhət xidmətlərinin göstərilməsi;
• Şöbəyə telefon, email və sayt ilə online olaraq daxil olan müraciət və məlumatların zəruri instansiyalara yönləndirilməsi;
• ``Telefon-Bankçiliq`` xidməti vasitəsi ilə plastik kart sahiblərinin kommunal , rabitə və sair xidmətlərin ödənişlərinin həyata keçirilməsi;
• Saytdan plastik kart və kartla kredit xətti online sifarişlərin qəbul edilməsi , müvafiq qaydaya əsasən onlarin izlənilməsi və yönəldilməsi;
• Təcili pul köçürmə sistemləri üzrə daxil olan vəsaitlərlə bağlı müvafiq qaydaya əsasən müştərilərə məlumatın verilməsi;
• Korporativ müştərilərə müvafiq qaydaya uyğun olaraq onlarin hesabi üzrə məlumatın verilməsi;
• Daxil olan müştəri şikayət və təkliflərini qəbul edib müvafiq instansiyalara keçirilməsi.
Namizədə qarşı tələblər:
• Ali təhsilin olması;
• Yüksək ünsiyyət qabiliyyətinin olması;
• Rus və Azərbaycan dillərində yaxşı səviyyədə danışıq və yazı bacarığının olması (İngilis dili biliyi üstünlükdür);
• Yüksək yazışma və problemləri həll etmə bacarığının olması;
• Telefon ünsiyyətinin yüksək səviyyədə olması;
• Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
• Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşkarlıq və yüksək təzyiq altında işləmək bacarığının olması;
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsinin olması;
• Növbəli iş rejimində işləmək imkanına sahib olması;
• Xanım namizədlərə üstünlük veriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 aprel 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri Xidmətləri şöbəsinə mütəxəssis və ya Call center specialist) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.