İşin təsviri
Vəzifəyə aid qoyulan tələblər:
- Təhsil: Ali;
- Yaş: 24-35 ;
- Satınalma və tender sahəsində 1 il iş təcrübəsi;
- Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
- MS Office proqramlarını mükəmməl bilməli;
- ERP bilikləri olana üstünlük verilir;
- Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı;
Vəzifə öhdəlikləri:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender prosesində şirkətin təmsil olunması;
Şəxsi keyfiyyətlər:
- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
- Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı;
- Stresə davamlılıq və analitik fikirləşmə qabiliyyəti.
- Kollektivlə işləyə bilməli;
- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Tapşırıqları operativ icra etmə qabiliyyəti;
- Loyallıq və punktuallıq;
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Tenderlərin idarə edilməsi üzrə kiçik mütəxəssis” sözünü qeyd edərək e-ünvanına göndərsinlər.