Procurement və logistika üzrə menecer
İş barədə məlumat:
-Ehtiyacların qarşılanması üçün lazım olan xarici mənbələri (malların araşdırması zamanı ən az iki təchizatçının tapılması və təklif müqayisə sisteminin təşkil olunması, qiymət danışıqlarının aparılması, ödəniş tiplərinə uyğun olaraq ödəmənin həyata keçirilməsinin təşkili) müəyyən edir.
-Xarici təchizatçılarla danışıqların aparılması və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını həyata keçirir.
-Malların müqavilələrdə nəzərdə tutulmuş vaxtda təslimini təşkil edir.
-Mütəmadi olaraq təchizatçıların qiymətləndirməsini və bu sahədəki problemlərlə bağlı onlarla danışıqların aparılmasını, mübahisəli məsələlərin həllini həyata keçirir.
- Məhsulların xaricdən sifarişinin təşkili, nəqliyyatın idarə olunması,anbara məhsulun çatdırılması və ehtiyatların idarə olunması
- Loqistik sənədləşmənin aparılması və təkmilləşməsi
- Loqistik əməliyyatların tələb etdiyi xərclərin qiymətləndirilməsi və analizi
- Loqistik əməliyyatların effektivliyinin qiymətləndirilməsi və analizi
- Əməliyyatlar sərf olunan vaxtın səmərələşdirilməsi
- Loqistik proseslərin optimallaşdırılması üzrə təkliflərin irəli sürülməsi
- Mövcud sistemlərin təkmilləşdirilməsi, yeni sistemlərin yaradılması
İş qrafiki: I-V günlər
İş saatları: 09.00-18.00
VI gün: 09.00 -16.00
Nahar şirkət tərəfindən verilir.
Namizədə tələblər:
-Ali təhsil
-Rus və ingilis dili biliyi-əla səviyyədə
- 3-5 il iş təcrübəsi
-İşgüzar danışıqlar aparma qabiliyyəti
- Planlaşdırma, analiz və idarəetmə bacarığı
- Loqistik aspektləri (satınalma, ehtiyatların idarə olunması,nəqliyyatın təşkili və s.)bilmə
- Təşəbbüskarlıq,liderlik,yaradıcı təfəkkür
Əmək haqqı kandidata uygun deyişir.
Sizi öz kollektivimizdə görməyə şad olarıq!
Maraqlananlar cv-lərini [email protected] ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: 012-514-40-50