Maliyyə Riskləri üzrə Mütəxəssis

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 07.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • Sağlam kreditləşdirmə və yığım təcrübələrini təmin etmək və kredit itkilərini minimuma endirmək üçün kredit riski strategiyalarının, siyasətlərinin və prosedurlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Trendləri və potensial kredit risklərini müəyyən etmək üçün müştəri, biznes və portfel məlumatlarının təhlili;
  • Dəqiqliyi, effektivliyi və normativ tələblərə və sahənin qabaqcıl təcrübələrinə uyğunluğu təmin etmək üçün kredit riski modellərinin və metodologiyalarının qiymətləndirilməsi;
  • Kredit riskinə məruz qalmaların və portfelin keyfiyyətinin və strukturunun monitorinqi və müəyyən edilmiş risklərin aradan qaldırılması üçün risklərin azaldılması strategiyalarının hazırlanması;
  • Kredit riskinin idarə edilməsi təşəbbüslərini həyata keçirmək və kredit riski qərarlarını optimallaşdırmaq üçün daxili maraqlı tərəflərlə, o cümlədən satış, anderraytinq və yığım komandaları ilə əməkdaşlıq etmək;
  • Məhsul şərtləri, kredit siyasətləri, anderraytinq meyarları və portfelin idarə edilməsi strategiyaları ilə bağlı tövsiyələr daxil olmaqla, yüksək rəhbərliyə kredit riski üzrə məsləhətlərin verilməsi;
  • Risklərə nəzarəti və effektivliyi artırmaq üçün maliyyə risklərinin idarə edilməsi alətlərinin və analitikanın, o cümlədən vintaj, miqrasiya və s. təhlillərin işlənib hazırlanması və tətbiqinə töhfə vermək;
  • Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi;
  • Stress-test çərçivəsinin hazırlanmasında iştirak və stress-testlərin keçirilməsi;
  • Strateji və əhəmiyyətli üçüncü tərəflərin maliyyə qiymətləndirilməsi;
  • Əsas Maliyyə Riski Göstəricilərinin və Ölkə Riskinin Erkən Xəbərdarlıq Göstəricilərinin hesablanması və aylıq əsasda hesabat verilməsi.

Tələblər:

Təhsil və təcrübə:

  • İqtisadiyyat, Biznes, Maliyyə, İdarəetmə və ya əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük verilir).
  • Kredit təşkilatlarında Maliyyə Risklərinin idarə edilməsi (kredit risklərində təcrübəsi olanlara üstünlük verilir) və ya digər əlaqəli vəzifədə ən azı 2 il iş təcrübəsi.
  •  Kredit riski prinsipləri, metodologiyaları və tənzimləyici tələblər haqqında güclü anlayış.
  • Maliyyə hesabatları və maliyyə riski konsepsiyaları üzrə güclü biliklər.
  • CERM, FRM və ya digər maliyyə risklərinin idarə edilməsi sertifikatları olan namizədlərə üstünlük verilir.

Dil bilikləri:

  • Azərbaycan dili – səlis
  • İngilis dili - yaxşı

Bacarıqlar:

  • Güclü ünsiyyət və təqdimat bacarıqları.
  • Çarpaz funksional komandalar və maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək bacarığı.
  • Diqqətli və müstəqil işləməyi bacaran.
  • Güclü analitik və problem həll etmə bacarığı.

Kompüter bilikləri:                  

  • Peşəkar MS Excel biliyi (digər analitik və məlumatların vizuallaşdırılması alətləri üzrə biliklərin olması üstünlükdür)

site.company_rating