Satıcı-Kassir

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Məhsulların öz yerlərində səliqəli və saz vəziyyətdə yerləşməsini təmin etmək;
  • Müştəriləri qarşılamaq, klub və məhsullar haqqında məlumat vermək və müştərilərin suallarını cavablandırmaq;
  • Məhsulun satışını həyata keçirmək, məhsulu qablaşdırmaq, kassaya vurmaq və müştəriyə təhvil vermək;
  • Müştərinin irad, təklif, qeyd və bildirişlərini qəbul etmək, qeydiyyata almaq;
  • Geri qaytarılmış məhsulu təhvil almaq və bununla bağlı zəruri fəaliyyətləri icra etmək;
  • Sıradan çıxmış, zədələnmiş məhsulları yenisi ilə əvəzləmək və ya yenisini sifariş vermək;
  • Vitrin və anbarda bitməkdə olan məhsullarla bağlı mağaza menecerini məlumatlandırmaq;
  • Mağazanın uğurlu idarə olunması üçün zəruri olan təklif və təşəbbüslərlə çıxış etmək;
  • Forma yazdırmaq istəyənlərin sorğularını təhvil alıb, çapa vermək və təhvil alıb, müştəriyə təhvil vermək;
  • Mağaza ilə əlaqədar mağaza meneceri tərəfindən istənilən hesabatları hazırlayıb, təhvil vermək;

Tələblər:

  • Yaş: 23-35
  • Müvafiq sahədə iş təcrübəsi
  • Dil biliyi: Azərbaycan dili - Əla, Rus dili - yaxşı, İngilis dili – arzulanan
  • Yüksək kommunikasiya və insanlarla ünsiyyət qurma bacarığı
  • Satış bacarığı
  • Sürətli və səmərəli işləmək bacarığı
  • Əməliyyatların aparılmasında təfərrüata və dəqiqliyə diqqət
  • Müsbət münasibət və öyrənmək istəyi

Əmək haqqı:

  • 500-700 AZN (məbləğ müsahibə zamanı dəqiqləşdiriləcək)

İş qrafiki:

  • 6 günlük / 8 saat - növbəli
  • AR Əmək qanunveriliciyinə əsasən rəsmiləşdirilmə

Təminatlar:

  • Təlimləndirmə və yetişdirmə;
  • “Sabah”ın oyunlarına bilet;
  • Klub daxilində inkişaf imkanları;

İşə müraciət üçün:

Maraqlanan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsində “Satıcı” sözünü qeyd etməklə göndərə bilərlər.