İşin təsviri
İş barədə məlumat:
- Yeni trendləri və bazarı araşdırmaq, təkliflər vermək;
- Komanda ilə birgə satışda iştirak etmək;
- Komandanın satış qabiliyyətinin yaxşılaşdırılması üçün onları motivasiya edilməsi;
- Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
- Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
- Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin təklifi və tətbiqi;
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
Namizədə tələblər:
- Ali təhsil
- Satış sahəsində və idarəedici vəzifədə ən azı 4 il təcrübə;
- Satışın nəzəriyyəsindən məlumatlı, satışın texnikası və üsullarını bilməli;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Kompüter bilikləri (MS Office)
- 1C proqramı ilə işləmə bacarığı;
- Mükəmməl analitik və təhlil etmə bacarığı;
- İşgüzar davranış etikası;
- Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı;
İş şəraiti:
- İş günləri: 6 gün iş, 1 gün istirahət (növbəli qrafik);
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı;
- Satış sahəsində nailiyyətlərə görə bonuslar.
- Aylıq gəlir: 1000 – 2000 Azn
Maraqlanan namizədlərdən CV-lərini “Mağaza meneceri” başlığı ilə mail adresinə göndərməkləri xahiş olunur.