İşin təsviri
İş barədə məlumat:
- Mal – material hazır məhsulların mədaxili və məxaricini düzgün izləməli
- Meyvə qəbulu prossesinin təşkili
- Soyuducu kameralarda yerləşdirilməsi
- Çeşidləmə prossesinin təşkili və çeşidləmə avadanlıqlarının nızamlanmasına nəzarət
- Malların qablaşdırılması və paletlənməsinin təşkili və yüklənməsinə nəzarət
- Tara materiallarına və hazır məhsul anbarın qalıqlarına nəzarət
- Tələb olunan günlük, həftəlik, aylıq hesabatların verilməsi
- Sənədləşmə işlərində tələbkar olmalı
- İşində səliqəli olmalı
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək
- Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək
- Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı olmasına nəzarət etmək
- Anbarda olan malların təhlükəsizliyinə görə cavabdeh olmaq
- Anbar stokunun sayına nəzarət etmək, bitmək üzrə olan mal-materiallar barədə, vaxtında təchizat şöbəsinə məlumat vermək
- Mədaxil-məxaric proseslərini düzgün icra etmək və sənədləşdirmək
- Müvafiq hesabatları hazırlamaq və vaxtında təqdim etmək
- İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyyətə bildirmək
- Anbar nəzarətçiləri tərəfindən tərtib edilən fakturalarda göstərilən miqdarın dəqiq olaraq maşınlara yüklənilməsinə nəzarət etmək
- Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul etmək və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil etmək
Namizədə tələblər:
- Mal-materialların yükləmə, boşaltma və anbar daxilində təhlükəsiz yerləşdirilməsi qaydalarını bilməli
- Anbar hesabatları ilə işləməyi bilməlidir
- 1C proqramında sərbəst işləmək bacarığı
- Yüksək səviyyədə MS Office proqramları, xüsusilə Excel biliyi mütləqdir
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı
- İdarəetmə bacarığı
Əmək məcəlləsinə uyğun sənədləşmə
İş qrafiki: Tam iş günü
6 günlük iş rejimi (9:00-17:00)
Qusarda qalmaq, qidalanma və nəqliyyat şirkət tərəfindən təmin olunur.
İş yeri Qusar.
Əmək haqqı razılaşma yolu ilə.