İşin təsviri
Nəyi bilməlidir:
- Azərbaycan, Rus və İngilis dili;
- Opera və Fidelio (rezervasiya) programını;
Nəyi bacarmalıdır:
- Yazılı, şifahi ünsiyyət və düşünmə bacarığı;
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
- Gündəmi izləmək, analiz etmək və yüksək qiymət araşdırması aparmaq qabiliyyəti;
Xüsusi tələblər:
- Satış sahəsində təcrübə;
- Mehmanxana və ya səyahət agentliklərində ən azı 1 il iş təcrübəsi;
- Yaş həddi: 22-28 yaş;
Gözlənilən davranışlar:
- Gülərüz və mehriban olmaq;
- Görüşlərdə iştirak bacarığı;
- Ezamiyyə üçün uyğun;
- Eyni vaxtda bir neçə işi məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı;
- Komandada işləyə bilmək bacarığına sahib olmaq;
İş şəraiti:
- İş qrafiki: birnövbəli (beşgünlük) iş qrafiki;
- ARƏM-nə müvafiq sənədləşmə;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İşçilər üçün servis şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində);
- Əmək haqqı: müsahibə əsasında;
- Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, “FLY INN Baku” mehmanxanası.
Vəzifə öhdəlikləri:
- Həm daxili ve həm də xarici qonaqlara vaxtında ve nəzakətli xidmətin göstərildiyinə əmin olmaq;
- Aylıq, rüblük ve illik satış hədəflərinə nail olunmasında, yeni və mövcud satış strategiyasının hazırlanmasında iştirak etmək;
- Otel və ticarətlə bağlı təşkilatlar çərçivəsində ticarət sərgilərinə və reklam tədbirlərinə qatılaraq müəssisəni təmsil etmək;
- Müvafiq proqram təminatları çərçivəsində hesab rekvizitlərini, habelə əlaqə, fəaliyyət və biznes məlumatlarını saxlamaq;
- Satış prosesinin qeydiyyatının izlənməsi və hesabatının hazırlanmasının təmin edilməsi;
- Müqavilənin bütün təfərrüatlarının çatdırıldığına ve qonaqların razılıqla yola salındığına əmin olmaq üçün lazımi şöbələr ilə daim əlaqə saxlamaq;
- Potensial qonaqlarla görüşlər qurmaq və onların istək və narahatlıqlarını dinləmək;
- Zənglər, şəbəkələr və sosial media vasitəsi ilə aktiv şəkildə yeni satış imkanları axtarmaq;
- Satış imkanlarını müəyyən etmək və qonaqların ehtiyaclarını qiymətləndirmək üçün bazar araşdırması aparmaq;
- Satış sonrası xidmətlə əlaqədar müştəri məmnuniyyətini ölçmək və əks əlaqə yaratmaq.
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Satış üzrə koordinator” qeyd etməklə e-mail ünvanına göndərə bilərlər.