Ofis Meneceri (Logistika və Təchizat Departamentinə)

  • Veliev MMC
  • Elanın qoyulma tarixi: 27.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliyi:

  • Sifariş olunan məhsulun təchizat zəncirinin izlənilməsi (alınması, çatdırılması və idarə olunması)
  • Hesabatların (günlük, həftəlik, aylıq və illik) hazırlanması
  • Məhsulun araşdırılması
  • Alınan bütün məhsullar, ona aid xammaların qeydiyyatı və qruplaşdırılması
  • Hər hansı problemlər aşkarlanan zaman həlli ilə məşğul olmaq, bunun üçün təchizatçılar, broker şirkət, daxili sifarişçi strukturlarla ünsiyyət yaratmaq
  • Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi
  • Şirkətin bütün prosedur və təlimatlarına riyaət etmək

Tələblər:

  • Cinsi: Qadın
  • Yaş: 23-35
  • Ali təhsil 
  • Rus dili əla səviyyədə (İngilis dili arzu olunandır)
  • Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi
  • Beynəlxalq satınalma və logistika qaydalarını bilmək
  • Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
  • Analitik düşüncə qabilyyətinə malik olmalıdır
  • MS Office (Word, Excel,Outlook) proqramları üzrə bilikləri (Excel yaxşı səviyyədə)
  • Komandada işləmək bacarığıİş baxımından tam təcrübəli
  • Kollektivdə işləməyi bacaran ,cəld, işgüzar və bacarıqlı.

İş şəraiti:

  • Ölkənin qabaqçıl və aktiv inkişaf edən Veliev MMC şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
  • Qanunvericiliyə uyğun sənədləşdirmə
  • Ə/h: 700₼ -1000₼
  • Davamlı karyera inkişafı
  • İş yeri: Sumqayıt şəhəri

Vakansiyaya müraciət üçün CV-nizi “Ofis Meneceri" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.