Restoran üzrə Mühasib

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 5 ildən az olmayaraq iş stajı;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq
  • Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C proqramını yüksək səviyyədə bilməli;
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi

Vəzifə öhdəlikləri:

  • Sayımların yerli yerində olması 
  • Restoranın barı və digər yerlərinin sayımına düzgün nəzarət etmək 
  • İlkin sənədlərlə iş: yoxlanılması, çatışmayan sənədlərin tələb edilməsi, sənədlərin göndərilməsinə nəzarət
  • Sənədlərin idarə edilməsi: sənədlərin vaxtında göndərilməsi və qəbulunun koordinasiyası
  • Standart hesabatların yaradılması: qarşı tərəflər arasında qarşılıqlı hesablaşmalar, həmçinin menecerin tələbi ilə bütün lazımi hesabatlar.
  • Bankla iş: Ödəniş tapşırıqlarının yaradılması, qəbzlərin izlənməsi və bu məsələlərlə bağlı bankla əlaqə saxlanılması.
  • Bank əməliyyatları (mədaxil və məxaric)
  • Kassa əməliyyatları

Əmək haqqı: 800 - 1200 AZN.