Satınalma üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması, alışların qeydiyyata alınması) işlərinin təşkili
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması
  • Mal və materialların anbara və lazımi strukturlara vaxtında çatdırılmasına nəzarət edilməsi
  • Yerli və xarici bazarın monitorinqini aparmaq
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi 
  • Satınalma prosesinin vaxtında, prosedura uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edilməsi
  • Sifariş olunmuş malların düzgün daşınması və çatdırılması işininin təşkili, hər hansı bir maneələr olarsa rəhbərliyi  məlumatlandırması
  • Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi.

Tələblər: 

  • Təhsil: Ali
  • İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq (Neft-qaz təzhizatı üzrə iş təcrübəsi üstünlükdür)
  • Kompüter bilikləri:1C, MS Windows sistemi, Microsoft Office proqramları
  • Dil bilikləri: Azərbaycan dili-mükəmməl,rus dili-orta və ingilis dili-əla
  • Təchizat ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumat
  • Komanda ilə işləmək bacarığı
  • Effektiv ünsiyyət,çeviklilik,məsuliyyətlilik, intizamlıq
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları

İş qrafiki: I-V günlər, 09:00-18:00

Əmək haqqı: Müsahibə yolu ilə 

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.