İşin təsviri
Öhdəliklər:
- Satış qiymətlərinin müəyyən edilməsi üçün yerli və xarici bazar araşdırması aparmaq
- Müştəri bazasının formalaşdırılması və koorporativ müştərilərlə əlaqələrin qurulması
- B2B Müştərilərin cəlb olunması
- Müştərilərə məhsul və xidmətlərin keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsini təmin etmək
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması, güclü və uzunmüddətli müştəri əlaqələrinin təşkili və qorunub saxlanması
- İşgüzar danışıqların aparılması, müqavilələrin bağlanması
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
- Məhsullar üçün satış həcmini və mənfəətini proqnozlaşdırmaq
- Şirkətin satış həcminin artırılması
- Hər ayın sonu növbəti ay üçün satış planlarının hazırlanması, birbaşa rəhbərinə bildirilməsi
- Ətraflı və dəqiq satış hesabatlarının hazırlanması
Namizədə tələblər:
- Ali təhsil
- Satış və ya kommersiya sektorunda ən azı 3-5 il iş təcrübəsi
- Azərbaycan/rus dilini mükəmməl səviyyədə bilmək,( inglis /türk dili bilgisi üstünlükdür)
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı
- İşgüzar və məsuliyyətli olmalı
- Şifahi və yazılı kommunikasiya bacarıqlı olmalı
- Təqdimat və təsiretmə bacarıqlı olmalı;
Əlavə məlumatlar:
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri: Bakı ofisi və Ağdam Sənayə Parkı
- Əmək haqqı – 700 - 1000 + % bonus
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış üzrə menecer” yazaraq electron ünvanına 31.05.2024 – cü il tarixinədək göndərilməsi xahiş olunur.