İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- İSO standartlarının alınması fəaliyyətini təşkil edir, icrası və sənədləşməsi uyğunluqlarını yoxlayır;
- Qida təhlükəsizliyi sahəsində mövcud olan normativ texniki hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət edir və bu aktların izlənəbilirliyini təmin edir;
- Beynəlxalq standartlar əsasında seritifikatlaşdırma və keyfiyyətin idarə olunması sisteminin tələblərinə, mövcud prosedurların işlək olmasına və nəzərdə tutulmuş formaların, hesabatların düzgün tərtib olunmasına nəzarət edir;
- Sertifikasiya tələblərinin aktual olub-olmamasını yoxlayır;
- Keyfiyyətin İdarəedilməsi Sistemləri üzrə daxili audit planını hazırlanmasına, Audit suallarının hazırlanması və sahələr üzrə daxili keyfiyyət auditlərini keçiririlməsinə nəzarət edir;.
- Keyfiyyətin idarəedilməsi sistemi sertifikasiyalarının illik yoxlamaları üçün məlumatların toplanması, hazırlanması və bu sahələrdə xarici auditor yoxlamalarında birbaşa iştirak edir;
- Gərəkli olduqda yeni keyfiyyət sertifikasiyalarının təşkili üçün plan hazırlanmasına və sertifikasiyanın icrası üçün tədbirləri həyata keçirilməsinə nəzarət edir;
- Şikayətlər əsasında müştəri məmnuniyyətini rüblük qiymətləndirir;
- Bütün sahələr üzrə Pest Kontrol fəaliyyətlərinə nəzarəti həyata keçirir;
- İSO Auditləri, müştəri şikayətləri, pest kontrol fəaliyyətləri və s. aidiyyatı işlərlələ bağlı şöbənin illik büdcəsinin formalaşması üçün gərəkli ehtiyacları müəyyən edilib üst rəhbərliyə təqdim edir;
- Qanunvericiliyin tələbinə uyğun bütün məhsulların markalanma və etiket məlumatlarını yoxlayır, təsdiq edir.
Tələb olunan bilik və bacarıqlar:
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- İSO standartlarının alınması fəaliyyətini təşkil etmək, icrası və sənədləşməsi işlərini təmin etmək bacarığı;
- Yüksək ünsiyyət, danışıq və analitik düşünmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Minimum nəzarət altında planlaşdırma, təşkil etmək, əlaqələndirmək, çoxtərəfli və təzyiq altında prioritetləri müəyyən etmək bacarığı;
- Keyfiyyət Siyasətinin inkişafına təsir göstərmək və işi daha geniş əməliyyat ehtiyacları ilə əlaqələndirmək bacarığı;
- İSO 9001:2015 və İSO 22000:2018 üzrə təlimlər keçirmək bacarığına malik olması.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsilli (Menecment və ya Standartlaşdırma və sertifikasiya sahəsində);
Keyfiyyətin nəzarəti sahəsində ən azı 5 illik iş təcrübəsi;
Orta səviyyədə rus və ingilis dili bilikləri.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs);
- Servis şirkət tərəfindən təmin olunur;
- Nahar şirkət tərəfindən təmin olunur
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İSO Menecer” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.