İş barədə məlumat
Səyyar satıcı (xanım)
Yay fəslinin gəlişi ilə əlaqədar MİLLA Brendi altında süd məhsulları ilə tanınan AZ FP Co. LTD şirkəti gənc xanımları yeni vakansiyaya dəvət edir. Qeyd edilən yeni vakansiya, Bakı şəhəri ərazisində analoqu olmayan yeni dondurma satışının layihəsi ilə əlaqədardır. Vakansiyaya gənc səyyar satıcı xanım tələb olunur. Səyyar satıcı xanımlarımız dondurmaların satışını parklarda, dəniz kənarlarında, məhəllələrdə, idman və konsert komplekslərinin qarşısında “İce cream van” maşınlarında icra edəcəklər.
Əmək haqqı 400 -800 .
- İce-cream van maşınlarında dondurmaların satışı və məhsul haqqında məlumat - Bölmə müdirinin göstərişlərinin vaxtında yerinə yetirilməsi
- Malların təqdimatı
- Məhsullar haqqında məlumatların dəqiqliklə alıcılara ötürülməsi
- İş saatları – 11:00–22:00
- İstirahət vaxtı 1 gün (həftə arası)
Namizədə tələblər
- Xoş görünüşlü gənc xanımlar
-Yaş həddi 18- 35 arası gənc xanımlar
- Müştərilərlə ünsiyyət qurmaq bacarığı
- İşgüzar və məsuliyyətli
- Azərbaycan və rus dilləri
- Komandada işləməyə hazır olmalı
- Təlimə və inkişafa hazır olmalı
Tələblərə uyğun namizədlər CV formalarını [email protected] ünvanına göndərə bilərlər. CV göndərərkən mövzu yerinə "Səyyar satıcı" qeyd etməyi unutmayın. Əks hallada Cv formasına baxılmayacaq.
Əlaqə 012 410 99 05 /055 515 75 28