Regionlarda innovasiyaların təşkili üzrə Layihə meneceri

İşin təsviri

Əsas öhdəliklər:

  • Layihə İdarəetməsi: Regional innovasiya təşəbbüslərinin planlaşdırılmasına, icrasına və çatdırılmasına nəzarət etmək, strateji məqsədlərimizə uyğunluğu təmin edilməsi;
  • Partnyorluqların təşviqi və inkişaf etdirilməsi: Proqramın təsirini artırmaq üçün yerli icmalar, təşkilatlar, universitetlər və digər müvafiq maraqlı tərəflərlə güclü əlaqələrə sahib olması və onların genişləndirilməsi;
  • Tədbirlərin Təşkili: Regional startap müsabiqələri, seminarlar və innovasiya ilə bağlı digər tədbirlər üçün lazımi təşkilatı işlərin koordinasiyası, əlaqələndirilməsi, prosesin idarəedilməsi;
  • Proqramların inkişafı: Regionlarda innovasiyaları təşviq etmək üçün regional innovasiya proqramlarını stratejik olaraq analizi, dəyərləndirilməsi və təşkilini təmin edilməsi;
  • Monitorinq və Qiymətləndirmə: Məqsədlərə uyğun olaraq dəstəklənən fəaliyyətlərin gedişatını izləməsi, nəticələr haqqında hesabat hazırlaması və təkmilləşdirmələr edilməsi;
  • Səyahət imkanı: Yerli icmalarla əlaqə saxlamaq, proqramın icrasına nəzarət etmək və tərəfdaşlıqları gücləndirmək üçün tez-tez Azərbaycanın müxtəlif bölgələrinə ezamiyyə səfərləri edə bilmək imkanı.

Tələblər:

  • Biznesin idarə edilməsi, Layihələrin idarə edilməsi, İnnovasiyaların idarə edilməsi və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
  • Müvafiq sahə üzrə minumum 2-3 il iş təcrübəsi;
  • Öncədən innovasiya, startap ekosistemləri və ya icma inkişafı layihələri çərçivəsində layihələrin koordinasiyasında sübut edilmiş təcrübə;
  • Müxtəlif maraqlı tərəflərlə səmərəli əlaqə qurmaq bacarığı ilə güclü şəxsiyyətlərarası və şəbəkələşmə bacarıqları;
  • Birdən çox layihəni eyni vaxtda koordinasiya etmək bacarığı ilə əla təşkilatçılıq və vaxtın idarəolunması bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dili və ingilis dili yüksək səviyyədə;
  • Ölkə daxilində regionlar üzrə səyahət tarixçəsi, xüsusilə öncəki iş yerlərində regional fəaliyyətlər, regional biznes mühiti barədə geniş təcrübə;
  • Yüksək təşəbbüskarlıq və çevikliklə müstəqil və komandanın bir hissəsi kimi işləmək bacarığını nümayiş ettirə bilmək.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən digər vakansiyalar