Azərbaycanın sürətlə inkişaf edən böyük kənd təsərrüfatı şirkətində İstehsalat meneceri axtarışındadır.
Namizədə tələblər:
Rayonda (Şimal bölgə) işləmək üçün uyğun olmaq
İstehsalat mühitində rəhbər vəzifədə və ya anbardar olaraq ən azı 2 il iş təcrübəsi
Kənd təsərrüfatı sahəsində təcrübənin olması arzuolunandır;
Məsuliyyətlilik, peşəkarlıq və problem analiz etmə bacarığı;
Vəzifə öhdəlikləri:
Müəssisəsnin təchizat, keyfiyyət və istehsal şöbələrində iş axışqanlığını artıracaq sistem və proseslərin təşkil edilməsi və nəzarətin edilməsi;
İstehsalat və iş proseslərində yaranan gecikmələrin, maddi və fiziki itkilərin təyin edilməsi və aradan qaldırılması;
Müəssisənin qarşısında qoyulan istehsal və satış planlarının yerinə yetirilməsinə nəzarətin təmin edilməsi;
Məhsulların istifadə qablaşdırılması, qruplaşdırılması və təhvilində lazımı qeydiyyatların və nəzarətin aparılması
Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına daim nəzarət edilməsi;
Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqları icra etmək.
İş rejimi:
Həftənin 6 günü 09:00-dan 18:00-dək
Əmək qanunvericiliyinə əsasən işə qəbul həyata keçirilir
Yaşayış yeri, nahar şirkət tərəfindən təmin edilir.
Əmək haqqı rəqabətədavamlı və yüksəkdir.
DİQQƏT! Yalnız gösətrilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.