Satınalma üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəliyi:

  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Hesabatların hazırlanması və analiz olunması;
  • Rəhbərliyə aylıq hesabatların təqdim olunması.

Namizəd üçün tələblər:

  • Ali təhsilli (iqtisadiyyat üzrə);
  • Rus dili sərbəst, ingilis dili arzuolunandır;
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • MS Office (Word, Excell, Power Point) proqramlarında işləməyi bilməli;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
  • Problemləri həll etmə bacarığı;
  • Ünsiyyət qurma bacarığı.

İş şəraiti:

  • Əmək haqqı 900 AZN
  • İş qrafiki: həftədə 5 gün, 08:00-dan 17:00-dək;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 44.

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər öz fotoşəkilli CV formalarını mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: 055-500-91-00

site.company_rating