İşin təsviri
İş barədə məlumat:
- Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, xərclərinin minimuma endirilməsini təmin etmək. Bu məsələyə departament rəhbəri və müavinin verdiyi təlimatla nail olmaq.
- Müxtəlif departament rəhbərlərindən verilən məhsullara dair bütün texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahıları ilə onların sənədlərini aparmaq. Tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək etmək.
- Anbarda saxlanılan məhsullar üçün müəyyən kompüter məlumatlarının yaradılması və qorunub saxlanılmasını təmin etmək
- Material ehtiyatları, nominal anbarlar, standart sorğu adları, tədarük siyahısı, eləcə də alış sifarişləri və ölçü vahidlərini hazırlamaq.
- Müxtəlif departament rəhbərlərindən verilən məhsullara dair bütün texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahıları ilə onların sənədlərini aparmaq. Tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək etmək.
- Departament rəhbəri tərəfindən tələb olunduqda, təchizatçının nümayəndələri ilə müsahibələr keçirmək və hər hansı tələb edilən məmulata dair spesifikasiyalar və qiymət təkliflərini əldə etmək. Bütün yazışmaları, danışıqları və təchizat prosesini ən sərfəli olan yollarla aparmaq.
- Departament rəhbəri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.
- Departamentin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək.
- Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək.
- Aylıq qaydada anbar avadanlıqlarının inventarlaşdırılmasını həyata keçirmək.
- Şirkətin biznes vahidlərində Daxili Nəzarət Prosedurlarının yoxlanılmasında iştirak etmək.
Namizədə tələblər:
- Təhsil: Müvafiq və ya bənzər sahə üzrə Ali təhsil
- Dil bilikləri: Azərbaycan dili əla, rus dili B1
- İT biliklər: MC Excel əla, MC Word əla.
- İş təcrübə: Müvafiq sahə üzrə minimum 1il
- Cinsi/yaşı: Kişi, 22-30
- Digər: Cost Controller fəaliyyəti göstərmiş namizədlərə üstünlük verilir.
İş şəraiti:
- 5 günlük iş qrafiki 09:00-dan 18:00-a qədər
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
- Əmək haqqı: 1200-1400 azn
Uyğun namizədlər CV-lərinizi mail ünvanına göndərin.