Sənədləşmə üzrə mütəxəssis

İşin təsviri

Təsvir:

  • Daşınmaz əmlakın bütün mərhələlərdə sənədləşməsinini təmin etmək və əmlakların şirkətdaxili reyestrinin (uçotunun) aparmaq;
  • Şirkəti məhkəmələrdə və sair dövlər orqanlarında (icra və probasiya şöbələrində) mülki, inzibati və cinayət təqibi üzrə icraatlarda təmsil etmək, məhkəmə proseslərində iştirak etmək;
  • İddia ərizələri və digər ərizələri tərtib etmək ;
  • Regional hüquqşünaslara vəzifə funksiyalarının icrasında yardımçı olmaq (sənədləri təqdim etmək, məhkəmə prosesləri barədə onları məlumatlandırmaq, onlardan məlumatlar əldə etmək və s.).

Tələblər:

  • Hüquq ixtisası üzrə ali təhsil;
  • Tikinti, torpaq və mülki qanunverciliyi bilmək və bu sahələrdə ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilmək,Rus və ingilis dili biliyi üstünlükdür;
  • Sorğuları, ərizələri və məktubları səlis və düzgün tərtib etmə bacarığı;
  • MS Office proqamlarında işləmə bacarığı (word, excel, outlook)
  • Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı.