Daxili auditor

  • Avrora
  • Elanın qoyulma tarixi: 22.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Audit planı və proqramı əsasında daxili audit yoxlamalarının həyata keçirilməsi;
  • Audit prosedurlarının həyata keçirilməsi (biznes proseslərin sahibləri ilə müsahibələrin keçirilməsi, audit obyektindən məlumatın toplanılması və təhlil edilməsi);
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə prosedurların effektivliyinin yoxlanılması;
  • Sahə işində aparılmış təhlillər və müsahibələr üzrə yazılı iş sənədinin hazırlanması;
  • Daxili nəzarət mühitinin qiymətləndirilməsinə aid tapşırıqların yerinə yetirilməsi;
  • Audit layihəsi üzrə hesabatın hazırlanmasında şöbə rəhbərinə dəstək göstərilməsi;
  • Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə aid rəy verilməsi;
  • Korporativ idarəetmənin və daxili nəzarət mühitinin qiymətləndirilməsilə bağlı testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi;
  • Şirkətdə risk idarəedilməsinin inkişafına aid təkliflərin irəli sürülməsi, o cümlədən risk təhlillərinin aparılması qaydasına rəy bildirilməsi;
  • Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq hadisələrinin araşdırılmasında departamentin adından iştirak edilməsi və risklərin qiymətləndirilməsinin aparılması;
  • Departament büdcəsinin hazırlanmasında iştirak edilməsi;
  • Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması;
  • Bütün növ iş sənədlərinin qorunub saxlanılması

Tələb olunan bilik və bacarıqlar:

  • Daxili audit qaydalarını bilməli;
  • BMHS (maliyyə konsolidasiyası) üzrə biliklər;
  • İqtisadi sahədə qanunvericiliyi bilməli;
  • Korporativ idarəetmə bacarığı;
  • Logo Tiger ERP üzrə biliklər

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (Mühasibat uçotu və audit,idarəçilik,iqtisadiyyat,maliyyə);
  • İş təcrübəsi: min. 2 il (Risklərin idarəedilməsi (marketinq,logistika,istehsalat və s.) və Mühasibatlıq, Maliyyə, Audit sahəsi üzrə);
  • Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını bilməli və tətbiqi təcrübəsi     olmalı;
  • Vergi Məcəlləsini bilməli və praktiki tətbiq edilməsində təcrübəsi olmalı;
  • Analitik və ünsiyyət qurma bacarığı;
  • Kompüter bilikləri: MS Office

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümək küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Könüllü tibbi sığorta;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili Auditor” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

site.company_rating