İşin təsviri
Vəzifə öhdəlikləri:
- Tabeliyində çalışan biznes tərəfdaşlara rəhbərlik edir və səlahiyyətləri çərçivəsində bölmə əməkdaşlarına müvafiq tapşırıqlar vermək;
- Kadr axını statistikasına nəzarət etmək;
- Ərazi üzrə mağazaların problemləri ilə, davamçı yetişdirmək prosesinin təşkili ilə məşğul olmaq;
- İşə götürən brendinin gücləndirilməsi üçün töhfələr vermək
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsini təmin etmək;
- Kadr bazasının yaradılması və idarə edilməsini təşkil etmək;
- Struktur daxili müfaviq hesabatları hazırlamaq
Namizədə dair tələblər:
- Ali təhsil;
- İnsan resursları sahəsində rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə bacarıqları (Powerpoint, Word və Excel yaxşı səviyyədə)
- AR Əmək Məcəlləsi yaxşı səviyyədə bilmək;
- Dil bilikləri (Rus dili yaxşı səviyyədə üstünlükdür)
- Rəhbərlik və idarəetmə bacarığı;
- Yüksək kommunikasiya və təqdim etmə bacarığı
- Operativ və düzgün qərar vermək bacarığı;
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İR Biznes Tərəfdaşlıq Bölmə Müdiri " yazaraq göndərmələri xahiş olunur.Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.