Təchizat üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mal və materialların, avadanlıqların, rekvizitlərin səliqəli, saz vəziyyətdə saxlanılmasını təmin etmək və müvafiq yerdə təmizliyə, sıralanmaya riayət etmək
  • Mal və materialların, avadanlıqların, rekvizitlərin və o cümlədən tədbirdən qalan qalıq malların sayımının məsul şəxslərlə birgə aparılmasında köməklik etmək
  • Sayılmış malları yerinə səliqəli düzülməsinə, sıralanmasında dəstək göstərilməsi
  • Təchizat üzrə menecer ilə birgə montaj və digər hallar zamanı istifadə olunası mal və materialların, avadanlıqların, rekvizitlərin qeydiyyatının aparılması və təhvil-təslim aktı ilə səlahiyyətli şəxsə təhvil verilməsi
  • Təchizat üzrə menecer ilə birgə demontaj və digər hallar zamanı mal və materialların, avadanlıqların, rekvizitlərin saz vəziyyətdə olmağını, sayını yoxlamaqda və müvafiq yerdə təhvil-təslim aktını imzalanmasında iştirak etmək

Namizədə tələblər:

  • Müvafiq vəzifədə minimum 1 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, ingilis dili arzuolunandır
  • Proqram bilikləri: MS Excel, MS Outlook proqramlarında sərbəst işləmək bacarığı
  • Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları

Müraciət üçün CV-nizi mövzu hissəsində "Təchizat üzrə mütəxəssis" qeyd etməklə e-mail göndərməyiniz xahiş olunur.