Əsas vəsaitlər üzrə mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisənin əsas vəsaitlərinin və inventarlarını uçotunun təşkili və hərəkətinə nəzarət etmək;
  • Əsas vəsaitləri 1C proqramında uçota almaq;
  • Əsas vəsaitlərin vaxtaşırı inventarizasiyasını həyata keçirmək;
  • CAPEX-lərin (Kapital qoyuluşları) nəzarəti və düzgün uçota alınmasını həyata keçirmək;
  • Əsas vəsaitlərin sənədləşdirilməsinə nəzarət etmək;
  • Amortizasiyaları hesablamaq;
  • Təmir xərcini qanunvericiliyin normalarına uyğun hesablamaq;
  • Daxili və kənar auditlə qarşılıqlı işin qurulmasında iştirak etmək.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Tələblər:

  • Maliyyə, mühasibat uçotu ixtisası üzrə Ali təhsilin olması;
  • Mühasib olaraq minimum 3 illik iş təcrübəsi;
  • Analitik təhlil qabiliyyəti;
  • Əsas vəsaitlər üzrə Vergi Məcəlləsi, NK Qərarları və.s müvafiq bilikləri;
  • ACCA və ya DipIFR olması müsbətdir;
  • MS Office, MS outlook, 1C (7/7, 8/2), taxes.gov.az təcrübəsi.