Təcrübə proqramı (ödənişli)

  • Landau School
  • Elanın qoyulma tarixi: 08.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Beynəlxalq Orta Məktəbimizdə dəyərli praktiki təcrübə və peşəkar inkişaf imkanlarını təmin etmək üçün nəzərdə tutulan Ödənişli Təcrübə Proqramını elan etməkdən məmnunuq. Zəngin təcrübə qazanmaq üçün komandamıza qoşulacaq aktiv və motivasiyalı şəxsləri axtarırıq.

Təcrübə proqramının müddəti: 15 yanvar - 14 iyun

Mövcud istiqamətlər:

  • Riyaziyyat müəllimi
  • Kimya müəllimi

Təcrübə fəaliyyəti:

  • Tədris, öyrənmə və qiymətləndirmələrdə onlara dəstək olacaq təcrübəli müəllimlərlə birlikdə işləmək;
  • Peşəkar inkişaf və bacarıqların artırılması imkanlarının fəal axtarışında olmaq;
  • Şirkət tərəfindən təqdim olunan təlim və seminarlarda iştirak etmək;
  • Fəaliyyətinizi yaxşılaşdıracaq və şəxsi inkişafınıza töhfə verəcək rəyləri almaqda maraqlı olmaq. 

Tələblər:

  • 2022-2023-cü illərdə təhsilini bitirmiş tələbələr (Bakalavr, Magistr və s.) və ya hazırda Magistr və Doktorantura pillələrində təhsil alan;
  • Riyaziyyat və ya Kimya üzrə təhsil;
  • Yaxşı akademik performans;
  • Müəllimlik təcrübəsinin olması arzuolunandır.

Tələb olunan əsas bacarıqlar:

  • İngilis dili biliyi;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Uşaqlarla işləmək bacarığı;
  • Effektiv sinif idarəçiliyi;
  • Komandada işləmək bacarığı;
  • Tez uyğunlaşma bacarığı;
  • Məsuliyyətlilik.

Təcrübə proqramımız sizə:

  • Qanunvericiliyə uyğun olaraq rəsmi Təcrübə təklif edir;
  • Minimum əmək haqqına uyğun ödəniş təklif edir;
  • "Landau Academy"-da keçirilən təlimlərdə endirimlər;
  • Ünsiyyət, komanda işi və problemlərin həlli kimi əsas bacarıqlarınızı inkişaf etdirməyə kömək edir;
  • Müəyyən bir işə başlamazdan əvvəl karyera yolunu seçmək və araşdırmaq imkanı verir;
  • Pedaqoji biliklərininizi real mühitdə tətbiq etmək şansı verir;
  • Özünüzə olan güvəninizi və inamınızı artırır;
  • Peşəkar əlaqələr qurmaq və bu sahədə mentorlar qazanmaq şansı təklif edir;
  • Tam ştatlı iş imkanları yaradır.

Karyeranıza başlamaq və dinamik iş mühitində dəyərli təcrübə qazanmaq üçün bu maraqlı fürsəti qaçırmayın. Peşəkar inkişaf və uğur səyahətində bizə qoşulun!

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

site.company_rating