Gəncə filialına biznes kreditləri üzrə mütəxəssis
Tələblər:
• Ali təhsil
• Bank sahəsində iş təcrübəsi arzu olunandır
• Microsoft Office proqramlarından istifadə bacarığı
• Azərbaycan və Rus dilləri bilikləri
• Analitik düşüncə bacarığı
• Ünsiyyət qurma bacarığı
Vəzifə öhdəlikləri:
• Müştərilərin cəlb olunması
• Müştəri ilə ilkin tanışlıq və müştəri haqda məlumatın Bankın proqramına daxil edilməsi
• MKR-dən hesabatın əldə edilməsi
• Biznes kreditlərinin hərtərəfli təhlil edilməsi
• Excel proqramında maliyyə təhlili hesabatlarının və memorandum formasının hazırlanması
• Müştəri haqda məlumatın scoring proqramına daxil edilməsi
• Gündəlik olaraq kredit ödənişlərinə nəzarət olunması
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketinizi) [email protected] elektron ünvanına göndərin.
Mövzuda – vakansiyanın adını qeyd etməyiniz xahış olunur.