İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Anbarların və saxlanc yerlərinin fiziki vəziyyətinin, anbarlama şəraitinin standartlara uyğun olmasını təmin edilməsi və müvafiq düzəldici, inkişaf etdirici və önləyici təklif, hesablama və təqdimatların hazırlanması;
- Anbar qalıqlarının kontrol edilməsi, yaranan problemlərın aradan qaldırılması üçün lazımi tədbirlər görülməsi;
- Anbardan səmərəli istifadə edilməsi, məhsulların düzgün yerləşdirilməsinə nəzarət olunması;
- Məhsulların son istifadə tarixinə (SİT) nəzarət edilməsi, istifadə müddəti az qalmış məhsulların siyahısını təşkil edib aidiyyəti qurumların mütəmadi olaraq məlumatlandırılması;
- Anbar və logistika işlərinin (malların qəbulu, saxlanılması, yüklənməsi, göndərilməsi, sayılması və s.) təşkili, idarə olunması;
- Anbara mədaxil və məxaric olunan məhsullara nəzarət edilməsi;
- Anbar avadanlıqlarının inventarlaşmasının aparılmasında iştirak;
- Avtomatlaşdırılmış anbar və logistika proseslərinin idarə olunması;
- Anbarda və daşınmada xərclərin, itkilərin minimumlaşdırılması;
- Anbar qalıqlarına nəzarət, “out of stock” və “over stock”-a nəzarət;
- Satış proqnozlarına əsasən anbar ehtiyatlarının minimal saxlama səviyyəsi ilə planlanması;
- Sifarişlərin vaxtında və effektiv çatdırılmasının təşkili, yaranan problemlərin yerində həll edilməsi;
- Anbarda təhlükəsizlik texnikası, yanğından mühafizə və təhlükəsizlik qaydalarına əməl edilməsi, yükləmə-boşaltma işlərinin aparılması, mühafizə olunması və vaxtında tədarükçüyə çatdırmanın təşkil edilməsi;
- Satış və digər aidiyyəti strukturlarla sıx işləyərək sifarişlərin mütəmadi planlanması.
Tələb olunan bilik və bacarıqlar:
- Heyət idarəetmə bacarığı;
- Anbar və logistika sahəsi üzrə dərin biliklər;
- Şirniyyat və qida məhsulları sahəsi üzrə tədarük zənciri proseslərinin idarəetmə bacarığı;
- Planlama və təşkilatçılıq bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Problem həll etmə bacarığı;
- Qərar vermə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali təhsil (İqtisadiyyat, Logistika, Təchizat Zəncirinin idarəedilməsi üzrə arzuolunandır);
- İş təcrübəsi: 5 il (anbar sahəsi üzrə);
- Kompüter bilikləri: MC Office, Axata, Tiger Enterprise (SAP bilikləri üstünlükdür).
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs).
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Şirkət hesabına korporativ nömrə;
- Sağlamlıq sığortası;
- Servis şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Logistika Meneceri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.